“Dedilər ki, 170 araşdırma aparılıb, mən gördüyüm şey, bu, 170 araşdırmanın nəticəsi deyil, belə irimiqyaslı layihə üçün natamam araşdırmadır. Bundan kənar nəsə varsa, dərc etsinlər, çünki mənim gördüyümdən bu tip tunel, hələ üstəlik, bu tip dayaqlar, yollar, tikirsənsə seysmik göstəricilər çox vacibdir. Ümumi mənzərəni yaratmaq Seysmologiyadan başlayır, çünki zəlzələlər fəlakətlərə səbəb olan qüvvədir. Sənədə göz gəzdirdim və artıq istifadə edilməyən, köhnəlmiş 1999-cu il araşdırmamız köçürüldüyünü gördüm. Seysmik indeks hər 5 ildən bir dəyişir. 23 il əvvəl bizim ümumiyyətlə seysmik şəbəkəmiz yox idi, zəlzələləri müşahidə edə bilmirdik, tektonika haqqında çox qeyri-müəyyən təsəvvürümüz var idi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Geofizika İnstitutunun 2016-cı ildə dərc etdiyi tarixi zəlzələlərin xəritəsi orada durur. Bu, tədqiqat üçün heç də əsaslanılacaq material deyil, yəni faktiki olaraq heç bir araşdırma aparılmayıb. Bu, 1999-cu ildə aparılan cari tədqiqatların ümumi xülasəsidir və ölkənin ən mürəkkəb tektonik hissəsinin bərbad edilməsi buna əsaslanır. Xoşbəxtlikdən, bu ölkənin nüfuzlu geoloqları var və orada baş verənlərin bərbad olduğunu deyir”, - Milli Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze Rikoti hissəsindəki vəziyyətlə bağlı deyir. Təhlükəli sürüşmə proseslərinin inkişafı ilə əlaqədar Rikoti aşırımı yolu martın 30-dan bağlanıb.
Qodoladzenin sözlərinə görə, geoloji baxımdan hazırlanan sənədin müəllifi olan İtaliya şirkəti yazır ki, yeni tikililər sürüşmə proseslərinin aktivləşməsinə səbəb ola bilər.
“İndi gördüyümüz şey yanlış tikinti qərarıdır - belə geoloji şəraitdə bu cür yamaclar düzəltmək, kəsmək olmaz. Bu tikinti ilə ətraf mühitə o qədər səhv müdaxilə etdik ki, sürüşmələrə səbəb olduq.
Onların araşdırmada diqqət çəkən “tektonik sərhəd” deyə bir detal var. Tektonik sərhəd yox, qırılmadır oradaki, bu ölkədəki mühüm qırılmalardan biridir. Bu qırılma zəlzələ baxımından çox böyük potensial inkişaf etdirə bilər. Onlar elə sürətlənmələri (seysmik yükləmələr) var ki, layihə üçün qeyri-relevantdır. Bu ümumiyyətlə nömrələnməyib, ümumi seysmik xəritədən götürülüb. Biz o xəritəni doqquz dəfə dəyişmişik. O zaman bu tədqiqat belə bir strukturun tikintisi üçün işə yaramırdı, çünki biz belə genişmiqyaslı layihəni həyata keçirəndə dünya tikinti tövsiyəsi yerli seysmik təhlükəni qiymətləndirməkdir. Tikintinin aparıldığı region ən çətin geologiya sahib olan regionlardan biridir”, - Tea Qodoladze Radio Marneuli efirində qeyd edib.
Martın 3-də keçirilən brifinqdə yol idarəsinin sədri Qiorqi Tsereteli bildirib ki, ilkin araşdırmaların nəticələri həftənin sonuna kimi məlum olacaq, sonra isə bu hissədə hərəkətin nə vaxt bərpa olunacağına qərar veriləcək. . Həmin vaxta qədər nəqliyyatın hərəkəti Qomi-Saçxere-Çiatura-Zestafoni yoluna yönəldilib.