Şərqi və Qərbi Gürcüstanı birləşdirən magistralın Rikoti hissəsi sürüşmə proseslərinin inkişafı ilə əlaqədar martın 30-dan etibarən bağlanıb. Bu gün, martın 3-də keçirilən brifinqdə Yol İdarəsinin sədri Qiorqi Cereteli bildirib ki, ilkin araşdırmaların nəticələrini həftən sonuna kimi biləcəklər və nəqliyyatın hərəkətinin nə vaxt bərpa olunacağı bundan sonra müəyyən olacaq. Həmin vaxta qədər nəqliyatın hərəkəti Qomi-Saçxere-Çiatura-Zestafoni istiqamətinə ötürülmüş olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu hal, son dərəcə zərurət nəticəsində yaranıb. Qarın əriməsi nəticəsində yolun yaxınlığında, təxminən 200 metr məsafədə, yuxarıda sürüşmə əmələ gəlib. Müşahidələr nəticəsində çatların böyüməsi və sürüşmənin əmələ gəlməsi tendensiyası aşkar edilib. Buna görə də biz Rikoti hissəsində nəqliyyatın hərəkətini məhdudlaşdırmaq qərarına gəldik.
Hazırkı mərhələdə Rikotinin 149-cu kilometrində yolun genişləndirilməsi işləri başa çatdırılıb, müvafiq geoloji tədqiqatlar üçün yol salınması işləri davam etdirilir. Əlavə olaraq, beynəlxalq və yerli mütəxəssislər tərəfindən geoloji-geofiziki tədqiqatlar fəal şəkildə aparılır. Həftə sonuna qədər ilkin, əvvəlcədən müəyyən olunmuş nəticələr məlum olacaq ki, bu da bizə həm təhlükələrin səviyyəsini, həm də avtonəqliyyat vasitələrinin hərəkətinin bərpası imkanlarını müzakirə etməyə imkan verəcək”, - Avtomobil Yolları İdarəsinin sədri Qiorqi Cereteli bildirib.
O, iddia edir ki, Rikoti aşırımındaki yolunun tikintisinə qərar verilərkən, layihə qərarları qəbul edilənədək, sürüşmə proseslərinin inkişaf etdiyi, bilavasitə Rikoti çayının birinci hissəsində geoloji tədqiqatlar üçün təxminən 170 xüsusi burğu yerləşdirilibmiş. Onun sözlərinə görə, yalnız bundan sonra müvafiq layihə qərarı hazırlanıb. Layihə dünyanın ən yaxşılarından biri olan Amerika-Türkiyə konsorsiumu tərəfindən planlaşdırılıb və hazırlanıb.
“Rikoti coğrafi və relyef baxımdan tikinti üçün ən çətin hissədir. Sözügedən bölmənin bütün tikinti şirkətləri beynəlxalq tender prosedurlarına ciddi riayət olunmaqla seçilib və müvafiq donor təşkilatlar tərəfindən bu prosedurlara nəzarət olunur. Tikinti işlərini həyata keçirən bütün şirkətlərin müvafiq təcrübələri var və bir çox ölkələrdə analoji layihələr həyata keçirirlər”, - deyən Tsereteli, Rikoti aşırımının digər hissələrində tikinti işlərinin adi qaydada davam etdiyini, 149 kilometrlik hissədə davam edən araşdırmaların isə ümumi layihənin iş prosesinə və onun tamamlanma tarixlərinə mane olmayacağını qeyd edib.
109 kilometrlik Qomi-Saçxere-Çiatura-Zestafoni yolunda ləngimələrə gəlincə, Yol İdarəsinin sədri bildirib ki, yolun cəmi 6 kilometrində planlı bərpa işləri aparılır. Xususilə, qış mövsümündə avtomobillərin hərəkətinə mane olan zədələnmiş yol örtüklərinin və sürşmə olan ərazilərin bərpası işləri aparılır.
Martın 19-da, Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 161-ci km-də (Vertkviçala kəndi yaxınlığında) dağın yamacında torpaq sürüşüb və avtomobil yolu bağlayıb.
Martın 13-də, Ubisa-Şorapni hissəsində, 10-cu km-də sürüşmə baş verib və tunelin bir hissəsi zədələnib.
Fevralın 21-də nəqliyyat vasitələri artıq hərəkətdə olsa da, hələ rəsmi açılışı olmayan Samtredia-Qriqoleti avtomobil yolunun yeni salınmış birinci hissəsində körpü uçub. Yük maşını zədələnib, sürücü sağ qalıb.