“Bellingcat” beynəlxalq istintaq qrupunun icraçı direktoru Xristo Qrozevi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin zəhərlənməsinin araşdırılması ilə bağlı müraciətinə cavab verib və Gürcüstan hüquq-mühafizə orqanlarına kömək təklif edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Əminəm ki, onlar bu araşdırmada maraqlıdırlar. Əgər onlar şübhəli şəxslərin hər hansı hərəkəti, sərhəd keçidləri və onların əlavə yoxlanmağa ehtiyac gördükləri hər şey ilə bağlı məlumatları bizimlə bölüşməyə hazırdırlarsa, biz kömək etməyə hazırıq -”. - Qrozev Rusiyanın “Dojd” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, “Bellingcat” jurnalistləri amerikalı toksikoloqun hesabatı ilə tanış olub, kimyəvi silah məsələləri ilə məşğul olan rusiyalı alimlərlə məsləhətləşib və belə qənaətə gəliblər ki, Saakaşvilinin ağır metallarla zəhərlənməsi versiyası ən çox ehtimal olunandır.
“Bəli, bunlar ağır metal zəhərlənməsinə uyğun gələn zəhərlənmə əlamətləridir.
Əlbəttə, bu kifayət deyil və hələlik simptomlara əsaslanır, ona görə də nəzəri olaraq mümkündür ki, bu simptomlar müalicənin nəticəsi olsun”, - deyə Xristo Qrozev bildirib.
“Dojdi”nin məlumatına əsasən, Qrozev Saakaşvilinin zəhərlənməsinin motivininn də olduğunu hesab edir. Onun sözlərinə görə, Gürcüstanın eks-prezidenti “Rusiya Federal Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin belə qərar qəbul edə biləcək düşmən dairəsi”nə daxildir.
Mixail Saakaşvili ictimai olaraq Xristo Qrozevə 4 yanvar tarixində müraciət edib. “Əziz Xristo, mən uzun müddətdir ki, sizin işinizin pərəstişkarı olmuşam, lakin heç vaxt ağlıma gəlməzdi ki, sizdən kömək istəməli olacağam”. - Saakaşvili “Facebook”da yayımladığı bəyanatda yazırdı.”Yəqin bilirsiniz ki, Amerika laboratoriyası və məşhur Nyu-York toksikoloqu bu ilin mart ayında həbsxanada zəhərləndiyimi müəyyən edib. Həqiqətən, mart ayında özümü çox pis hiss edirdim, məndə yüksək hərarət, böhranlı vəziyyət, qusma, ağır tərləmə, baş ağrısı var idi. Kovid testi də mənfi çıxmışdı.
O vaxtdan bəri səhhətim yaxşılaşmayıb. Həbsxana rəhbərliyi məni klinikaya aparmalı oldu, orada həkimlər dərhal zəhərlənmədən şübhələnsələr də, rəhbərlik vaxtı mümkün qədər uzatdı, o məqsədlə ki, qanda zəhərlənmənin izi yoxa çıxmış olsun. Onlar üçün təəssüf ki, çox sonralar saçlarımda və dırnaqlarımda zəhərlər və ağır metallar tapıldı”.
Sabiq prezident Xristo Qrozevdən “Gürcüstanda Rusiya və Rusiyaya bağlı hərəkatları” araşdırmağı xahiş edib. Müraciət yazısında, o qeyd edirdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli məmuru general Sergey Beseda və digər rəsmilər Gürcüstana tez-tez gəlirdilər, hansı ki, onun sözlərinə görə, bu, “təsdiq edilmiş faktdır”.
“Bacarırsınızsa, Rusiya ilə Gürcüstan arasındakı gizli və oliqarxik sxemləri araşdıra bilərsinizmi? Əminəm ki, aşkar olunası çox şey var, onlar, həmçinin həyatımı xilas etmək üçün vacib olacaq”. - Saakaşvili Xristo Qrozevə müraciətində deyib.
“Bellingcat” araşdırma üçün açıq mənbələrdən və sosial mediadan istifadə edən beynəlxalq tədqiqatçılar, müstəntiqlər və vətəndaş jurnalistlərinin müstəqil beynəlxalq qrupudur. “Bellingcat”ın araşdırmalarına 2018-ci ilin martında Rusiyanın yüksək kəşfiyyat idarəsinin keçmiş polkovniki Sergey Skripal və qızının Böyük Britaniyada zəhərlənməsində şübhəli bilinən rus kəşfiyyatçılarının müəyyən edilməsi daxildir. “Bellingcat” 2019-cu ilin avqustunda Almaniyada Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qətlinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı mərkəzi tərəfindən təşkil edildiyini müəyyən edən jurnalist araşdırmasında da iştirak edirdi. İstintaqın məlumatına görə, Xanqoşvilinin qətlinə görə Almaniya məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş “qatil” Vadim Krasikov Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı mərkəzinin bazalarında təlim keçirdi və xüsusi xidmət orqanlarından saxta ad və soyadla xarici pasport almışdı.