“Rusiya Tur Operatorları Assosiasiyası”nın vitse-prezidenti Artur Muradyan birbaşa hava səyahətləri ilə yanaşı, Rusiyadan Gürcüstana avtobus turlarının da bərpa olunacağını istisna etmir. Muradyanın sözlərinə görə, ildə bir milyon rusiyalı turist real göstərici ola bilər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Paket təkliflərinin ortaya çıxması və gürcü şirkətləri ilə müqavilə əlaqələrinin yenilənməsi yaxın gələcəkdə Gürcüstan və Rusiya arasında turizm sahəsində əməkdaşlığın əsasını yenidən təşkil edəcək ki, bu da bizə qiyməti sabitləşdirmək və iki ölkə arasında turist axınının həcmini artırmaq imkanı verəcək. İstisna etmirəm ki, Yuxarı Larsda sərhəd açıq olduğu müddətdə birbaşa reyslərlə yanaşı, Gürcüstana avtobus turları da bərpa olunacaq”, - Artur Muradyan Rusiya-Gürcüstan Biznes Şurasının iclasında deyib.
“Tur Operatorlar Assosiasiyası”nın vitse-prezidentinin şərhini Rusiyanın İqtisadi İnkişaf Nazirliyi yayıb. Agentliyin məlumatına görə, 2022-ci ildə Gürcüstanda səkkiz dəfə çox, ən azı 830 000 rusiyalı turist olub.
“Biz Gürcüstan ərazisində əməkdaşlıq layihələrinin inkişafına xüsusi diqqət yetirməyin məqsədəuyğun olduğunu düşünürük. Bu mexanizm ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrə əlavə təkan verəcək, gürcü və rus biznesləri arasında işgüzar əlaqələrin gücləndirilməsi üçün zəmin yarada bilər ki, bu da nəticə etibarilə birgə istehsalın və iş yerlərinin sayının artmasına gətirib çıxaracaq”, - nazir müavini Dmitri Volvaç bildirib.
Görüşdə tərəflər kənd təsərrüfatı, enerji, nəqliyyat, logistika və turizmi ikitərəfli əməkdaşlığın inkişafı üçün ən perspektivli sahələr hesab etdiklərini qeyd ediblər.
“Gürcüstan vətəndaşlarının Rusiyaya səyahət göstəricisi təxminən iki qat artıb. 2022-ci ildə Rusiyanı 34 mindən çox gürcü turist ziyarət edib. İki ölkə arasında birbaşa uçuşların bərpası, eləcə də Rusiya prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşları üçün vizaların ləğvi ilə bağlı qərarı göstəricilərin daha da artmasına kömək edəcək”, - deyə Volvaç bildirib.
Gürcüstanla təxminən 4 il əvvəl dayandırılmış hava nəqliyyatının bərpası haqqında fərmanı Rusiya prezidenti Vladimir Putin 2023-cü il, mayın 10-da verib. Uçuşların bərpası ilə yanaşı, 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib - mayın 15-dən Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız gedə bilərlər.
“Azimut” (Azimuth Airlines) iki ölkə arasında birbaşa hava əlaqəsi bərpa edildikdən sonra Gürcüstanın Mülki Aviasiya Agentliyi tərəfindən uçuşlar həyata keçirməyə icazə verilən ilk rus aviaşirkətidir. Agentlik izah edib ki, aviaşirkət nə ABŞ-ın sanksiya siyahısında, nə də Aİ-nin qara siyahısındadır. Ukrayna hakimiyyəti “Azimut”a 2022-ci ilin oktyabrında sanksiya qoyub və sanksiyaların tətbiq edilməsinin əsasını belə izah edib: “Şirkət Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorlarda fəaliyyət göstərir və Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini sarsıdan və ya ona təhlükə yaradan hərəkətlərə yüksək maddi (nəqliyyat, logistika və s.) dəstək verir”. “Azimut” Moskva-Tbilisi marşrutu ilə həftədə yeddi dəfə uçuuş həyata keçirəcək. Moskvanın Vnukovo hava limanından ilk uçuş mayın 19-da həyata keçiriləcək.
Mayın 20-dən Gürcüstan Hava Yolları (Tbilisi Airlines) Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm, gündəlik uçuşlar həyata keçirəcək.