Gürcüstanın Mülki Aviasiya Agentliyi Rusiyanın “Azimut” aviaşirkətinə Moskvadan Tbilisiyə birbaşa uçuşlar həyata keçirməyə icazə verib. Bu barədə agentliyin direktoru Qivi Davitaşvili məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Davitaşvili “İmedi” telekanalının efirində bildirib ki, bugünkü göstəricilərə əsasən, beş aviaşirkət Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar üçün Mülki Aviasiya Agentliyinə müraciət edib ki, onların arasında “Gürcüstan Hava Yolları” da var.
“Artıq aviaşirkətlərdən birinin müraciətinin tədqiqi başa çatıb. Bu mayın 17-dən uçuşlar həyata keçirə biləcək olan “Azimuth Airlines”dır. Sözügedən icazə bu gün Gürcüstanın Mülki Aviasiya Agentliyi tərəfindən verilib və ilk uçuş mayın 17-dən həyata keçiriləcək. Bunlar çarter reysləridir”, - Davitaşvili bildirib.
“Azimut” həftədə 7 dəfə uçuş həyata keçirəcək. Mülki Aviasiya Agentliyinin direktorunun sözlərinə görə, hazırda verilmiş icazəyə əsasən, Moskvadan Tbilisiyə uçuşlar həyata keçiriləcək, lakin, rus aviaşirkətləri Rusiya Federasiyasının müxtəlif şəhərlərindən - Tbilisi, Batumi və Kutaisi beynəlxalq hava limanlarından uçuşlar tələb edir.
“Biz Rusiya Federasiyasının aviaşirkətlərinin uçuşlar həyata keçirdiyi və paralel rejimdə qeyd olunan ölkələrin aviaşirkətlərinin də Rusiya istiqamətində fəaliyyət göstərrdiyi bütün ölkələrin nümunələrini təhlil etdik. Demək olar ki, ən sərt qərar qəbul edilib, bu o deməkdir ki, Avropa ölkələrinin “qara siyahı”sına uyğun olaraq sanksiya tətbiq edilən heç bir aviaşirkət, o cümlədən istehsalçı tərəfindən dəstəyi dayandırılmış təyyarələrin heç biri, Gürcüstan istiqamətində fəaliyyət göstərməyəcək. Uçuşun həyata keçirilməsi ilə bağlı ərizənin təqdim edilməsinin Gürcüstanda fəaliyyət göstərmək istəyən bütün aviaşirkətlər tərəfindən təmin edilməli olan öz meyarları var. Agentliyin mütəxəssisləri sənədləri öyrənir, həmçinin hər bir müraciətlə bağlı tərəfdaş ölkələrlə əlaqə saxlayır və məsləhətləşirik. Bütün bunlara müəyyən qədər vaxt lazımdır”, - Qivi Davitaşvili bildirib.
2023-cü il mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstanla təxminən 4 il əvvəl dayandırılmış hava nəqliyyatının bərpası haqqında fərman verib. Uçuşların bərpası ilə yanaşı, 2000-ci ildən qüvvədə olan viza rejimi də ləğv edilib - Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız daxil ola bilərlər. Baş nazir İrakli Ğaribaşvili Putinin bu qərarlarını alqışlayıb.
Avropa Komissiyası Avropa İttifaqına namizəd ölkə statusuna can atan Gürcüstanı Avropa İttifaqının aviasiya sahəsində Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yayınmaq üçün mümkün cəhdlərə qarşı ayıq-sayıq olmağa çağırır. Bundan əlavə, Avropa Komissiyasının nümayəndəsi qeyd edir ki, sanksiyalara görə Rusiya şirkətlərinin 95%-i öz təyyarələrini yeniləyə və ya təkmilləşdirə bilmir ki, bu da beynəlxalq texniki və təhlükəsizlik standartlarına riayət ütmək üçün zəruridir.
Amerika Birləşmiş Ştatları sanksiyaya məruz qalan rus təyyarələrinə xidmət göstərəcək olan Gürcüstan hava limanlarında işləyən şirkətlərə mümkün sanksiyalar barədə xəbərdarlıq edib.
Bu gün, mayın 15-i saat 19:00-da Gürcüstan parlamenti qarşısında Rusiyaya birbaşa uçuşların bərpasına qarşı aksiya keçiriləcək.