“İndi Gürcüstan üçün daxili islahatları davam etdirmək, sürətləndirmək və demokratik dəyərləri qorumaq vacibdir. Biz görmək istəyirik ki, Gürcüstan düzgün istiqamətdə - daha çox demokratiya və firavanlığa, Avro-Atlantik ailənin tamhüquqlu üzvlüyünə doğru gedir”, - bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib və qeyd edib ki, Şimali Atlantika Alyansı bu istəkləri həyata keçirmək prosesində Gürcüstanı dəstəkləməyə davam edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Stoltenberqin sözlərinə görə, Brüsseldə Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşdə tərəfdaşlığın daha da gücləndirilməsi müzakirə olunub.
“Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır. Biz ölkənin suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik. Biz bir daha Rusiyanı Gürcüstan ərazilərinin müstəqil dövlət kimi tanınmasını geri götürməyə çağırırıq. Rusiya tərəfindən Gürcüstanın işğal olunmuş regionlarının ilhaqı ilə bağlı hər hansı təhdid qəbuledilməzdir”, - Stoltenberq bildirib.
Görüşdə Qara Dəniz regionunun təhlükəsizlik məsələsi də müzakirə edilib: “Biz bilirik ki, bu məsələ Gürcüstan üçün çox önəmlidir. Rusiyanın Ukraynaya qarşı müharibəsi sərbəst naviqasiya üçün əhəmiyyətli risk yaradır və qlobal ərzaq təhlükəsizliyinə təsir göstərir. Buna görə də, biz Qara Dənizi minalardan təmizləmək, təhlükəsiz naviqasiya və ticarəti təmin etmək üçün çalışan müttəfiqlərin səylərini alqışlayırıq”, - NATO-nun baş katibi bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, onun baş nazir kimi Brüsselə ilk xarici səfəri Gürcüstanın NATO tərəfdaşlığına xüsusi önəm verdiyinin daha bir əyani sübutudur.
Stoltenberqlə görüşdən sonra Gürcüstanın baş naziri bildirib ki, hökumətin NATO ilə tərəfdaşlığı dərinləşdirməsi prinsipial olaraq vacibdir və maksimum irəliləyiş üçün hər şeyi edəcəklər.
“İndiki mərhələdə çətin vəziyyət yaranıb. Ukraynada müharibə davam edərkən, inteqrasiya baxımından vəziyyət ağırdır. Bu gün belə qərarların qəbulu üçün situasiya yetişməyib, lakin, əlbəttə ki, biz irəliyə baxmalı və hər şeyi hazırlamalıyıq ki, nəhayət, bunun üçün müvafiq şərait hazırlandıqdan sonra belə bir qərar – tam inteqrasiya ilə bağlı prinsipial qərar qəbul edək.
Hazırda bununla bağlı çətin vəziyyət mövcuddur, lakin bir daha təkrar edirəm ki, biz müttəfiqliyə yaxınlaşmaq və aramızda olan tərəfdaşlığı dərinləşdirmək üçün mümkün qədər fəal çalışacağıq”, - deyə İrakli Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstana qarşı çox mehriban əhval-ruhiyyə var ki, bu da NATO-Gürcüstan tərəfdaşlığının dərinləşəcəyinə dair nikbinliyə əsas verir.