Biz təkcə seçki gününü deyil, həm də bütün seçki kampaniyasını müşahidə edəcəyik - Herçinski

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bu il keçirilməli olan parlament seçkiləri barədə bildirib ki, Avropa İttifaqı təkcə seçki gününü deyil, həm də bütün seçki kampaniyasını diqqətlə izləyəcək.

“Bir daha vurğulamaq istərdim ki, biz təkcə seçkilərin özünü, seçki gününü deyil, həm də bütün seçki kampaniyasını çox diqqətlə izləyəcəyik. Biz səmimi şəkildə ümid edirik ki, bərabər hüquqlu seçki mühiti olacaq və bütün siyasi partiyalar öz proqramlarını təqdim etmək üçün kifayət edəcək mühit əldə edəcəklər və hər şeydən əvvəl zorakılıq olmayacaq, çünki heç bir demokratik ölkədə zorakılıq qətiyyən yolverilməzdir”, - səfir jurnalistlərə bildirib.

Pavel Herçinski qeyd edib ki, azad və ədalətli seçkilər Avropa Komissiyasının müəyyən etdiyi və Aİ-yə üzv dövlətlər tərəfindən dəstəklənən 9 addımdan biridir. Səfirin sözlərinə görə, bu, çox vacib elementdir və ona böyük diqqətlə yanaşılacaq.

“Gürcüstan hökuməti artıq ATƏT/DTİHB-dən uzunmüddətli monitorinq tələb etməyi öhdəsinə götürüb və mən bilirəm ki, bütün Aİ-yə üzv dövlətlər bunu dəstəkləyir. ATƏT-ə üzv olan ölkələrə gəldikdə isə, ATƏT uzunmüddətli müşahidəyə cavabdehdir, lakin Aİ-yə üzv dövlətlər arasında Aİ-nin də uzunmüddətli seçki müşahidəsində necə iştirak edə biləcəyi ilə bağlı müzakirələr gedir”, - Herçinski bildirib.

2023-cü il dekabrın 14-də Avropa Şurası ölkə hökumətinin 9 istiqamətdə addımlar atacağı qeyd-şərti ilə Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verib. Xüsusilə 2024-cü ildə azad, ədalətli və rəqabətli seçki prosesinin təmin edilməsi 9 şərtdən biridir. Üzvlük danışıqlarının başlanması mərhələsinə keçmək üçün şərtlərin yerinə yetirilməsi lazımdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur