“Keçən il biz Gürcüstana namizəd statusu verdik və Gürcüstan hökuməti bizə söz verdi ki, 9 addım atacaq, amma bu gün gördüyümüz, Gürcüstan hökumətinin fəal şəkildə xarici agentlər haqqında qanunu qəbul etməsi Avropa İttifaqına doğru yox, qarşı tərəfə - Rusiyanın təsirinə doğru addımlardır”, - Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “Deutsche Welle”yə müsahibəsində deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onun sözlərinə görə, Gürcüstan prezidenti açıq şəkildə bəyan edib ki, qanun prinsipcə yanlışdır, danışıqlara yer yoxdur və o, ona veto qoyacaq, lakin Gürcüstan Konstitusiyasına görə, son söz parlamentə məxsusdur və yenə eyni qərarı qəbul edə bilərlər.
“Ümid edirik ki, Gürcüstan hökuməti bizim mesajımızı nəzərə alacaq və qərara yenidən baxacaq, çünki biz bu məsələni ciddi şəkildə Avropa İttifaqı səviyyəsində qaldıracağıq. Dediyim kimi, bizim namizədlik və ya viza liberallaşdırılması ilə bağlı qəbul etdiyimiz bütün bu qərarlara zəmanət verilmir və bunun məsuliyyəti Gürcüstan hökumətinin üzərinə düşür”, - deyə latviyalı, litvalı və islandiyalı həmkarları ilə birlikdə iki gün əvvəl Tbilisidə olan Estoniyanın xarici işlər naziri bildirib.
“Avropa İttifaqı Gürcüstanın demokratiyasını qorumaq üçün nə edə bilər” sualına cavab olaraq Marqus Tsahkna deyib ki, ilk növbədə, Gürcüstanda vəziyyətin çox ciddi olduğunu hamı başa düşməlidir.
“Biz Gürcüstan hökuməti ilə yekdil səslə danışmalıyıq. Biz viza rejiminin liberallaşdırılması ilə bağlı qərarımızı nəzərdən keçirə, qərarlarımızı, Aİ-yə üzvlük yolunda növbəti addımlarla bağlı mövqelərimizi nəzərdən keçirə bilərik. Gürcüstan hökuməti buna görə məsuliyyət daşıyır. Ümid edirəm ki, prezidentin vetosundan əvvəl qalan bu 14 gün ərzində Gürcüstan hökuməti öz qərarına yenidən baxacaq və razılaşdırıldığı kimi Avropa İttifaqına gedən yolda addımlarını davam etdirə biləcək.
“Gürcü Arzusu” keçən il geri götürdüyü “xarici agentlər haqqında” rus qanununu 2024-cü il aprelin 3-də parlamentə yenidən irəli sürüb və mayın 14-də üçüncü, yekun oxunuşda qəbul edib. Hakimiyyət beynəlxalq tərəfdaşların xəbərdarlıqlarını və ölkədə davamlı, çoxminlik etiraz aksiyalarının qanunun qeyd-şərtsiz geri götürülməsi tələbini nəzərə almayıb.
Bu qanun qəbul olunarsa, beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsi tələb olunacaq. Prezident parlamentin təsdiq etdiyi qanuna veto qoymaq niyyətindədir. Prezidentin parlament katibi Qiorqi Msxiladzenin dediyi kimi, “veto hüquqi və texniki cəhətdən düzgün olacaq”, eyni zamanda, veto “qanunu yaxşılaşdırmaq, dəyişdirmək və ya gözəlləşdirmək üçün bir fürsət olmayacaq”.
ABŞ Dövlət Departamentinin qiymətləndirməsinə görə, rus qanunu Gürcüstanı təhlükəli trayektoriyaya salacaq, Gürcüstanın Avro-Atlantik yolunu təhlükə altına alacaq və ABŞ-Gürcüstan münasibətlərini pozacaq. Avropa İttifaqı da qanunu tənqid edir. Nüfuzlu Avropa parlamenti deputatları müvafiq strukturları Aİ-Gürcüstan münasibətlərinə, o cümlədən Gürcüstana siyasi və maliyyə dəstəyi məsələsinə yenidən baxmağa çağırıblar.