“Gürcüstanda fəaliyyət hüquq müdafiəçiləri onların fiziki təhlükəsizliyinin təhdid altında olmasından və dövlətin fəal şəkildə onların fəaliyyətini gözdən salmağa çalışmasından qorxurlar. Bu fakt insan hüquqlarının müdafiəsi, demokratiya və qanunun aliliyinin prioritetləri olduğunu iddia edən istənilən hökumət üçün həyəcan təbili çalmalıdır”, - BMT-nin insan hüquqları məsələləri üzrə xüsusi məruzəçisi Meri Loler mətbuat konfransında bildirib. O, Gürcüstana səkkiz günlük səfərini yekunlaşdırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstana səfərimə başlayanda Gürcüstan hakimiyyətinin
süni dözümlülük mövqeyi ilə hüquq müdafiəçilərini və onların mühüm fəaliyyətlərini sarsıtmaq üçün sistematik səyləri gizlətməyə çalışması fikri ilə razılaşmaq çətinimə gəldi.
Jurnalistlərə və insan hüquqlarının müdafiəsi məsələlərini işıqlandıran KİV nümayəndələrinə qarşı hücumlarda iştirak edən şəxslərin cəzasız qalması ilə bağlı problemlər aktual olaraq qalır. Mən bu jurnalistləri, media nümayəndələrini insan haqları müdafiəçisi hesab edirəm. Mənə görə, aydındır ki, bu insanlar yüksək risk altındadırlar və dövlət onların qisas qorxusu olmadan öz vəzifələrini yerinə yetirə bilmələri üçün kifayət qədər ölçülər götürmür.
Müəyyən dərəcədə hökumət də jurnalist fəaliyyətinə mane olur, bunu müxtəlif hesabatlar və ictimai məlumat tələbi ərizələrinə verilən aşağı cavab nisbəti sübut edir. Bundan başqa, parlamentin indilərdə təşəbbüsü ilə irəli sürülən və deputatlara diskomfort yaradan jurnalistlərin cəzalandırılması mexanizmi kimi görünən davranış məcəlləsi də narahatlıq doğurur.
Mən Gürcüstanda hüquq müdafiəçilərinin vəziyyətini izləməyə davam edəcəyəm və yekun hesabatı 2025-ci ilin martında İnsan Hüquqları Şurasına təqdim etməzdən əvvəl hökumət rəsmiləri ilə əməkdaşlıq edəcəyəm. Amma hüquq müdafiəçilərinin vəziyyətinin pisləşməsinin qarşısının alınması üçün dərhal addımlar atılmalıdır”, - deyə BMT-nin xüsusi məruzəçisi qeyd edib və vurğulayıb ki, bu problemlərin həlli üçün açıq-aşkar siyasi iradə yoxdur, bu da öz növbəsində dövlətin insan hüquqlarının müdafiəsi istiqamətində öz üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirmədiyinə işarədir.
Meri Louer mətbuat konfransında qondarma “Çevriliş işi” və “Yığıncaq və nümayişlər haqqında” qanuna sürətləndirilmiş qaydada edilən dəyişikliklərlə bağlı da danışıb.
“Hökumət nümayəndələri ilə görüşdə bu məsələlərə toxunanda mənə kadrlara baxmağı məsləhət gördülər. Belə də etdim. Məncə, materialda Dövlət Təhlükəsizliyi Xidmətinin təlimin təşkilatçılarına və iştirakçılarına qarşı ittihamlar irəli sürməsinə əsas verəcək heç nə yox idi. Üç günlük təlimdə hər kəsin iştirak etmək hüququ olub. Sui-qəsdin sübutu kimi yayımlanan material 8 dəqiqəlikdir və açıq şəkildə montaj edilib. Kadrlardakı təlimçi heç yerdə zorakılığa vurğu və ya çağırış etməyib. Bu kadrların sui-qəsdin sübutu kimi təqdim edilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin təlimdə iştirak edən hüquq müdafiəçilərini təqsirkar kimi qələmə vermək və ictimaiyyətin gözündə fundamental hüquqların müdafiəsi təcrübəsini və xüsusən də etirazlarını dinc şəkildə ifadə edərək hüquqlarını qorumağa çalışan gənclərin və tələbələrin qeyri-qanuniləşdirilməsi cəhdini açıq şəkildə göstərir.
Dövlət Təhlükəsizliyi Xidməti təlimlə bağlı videomaterialı dərc etməklə, təlimi təşkil edən hüquq müdafiəçilərinə açıq şəkildə onların nəzarətdə olduqlarına işarə edib.
Bu fakt 2021-ci ildə dövlətin bir çox hüquq müdafiəçilərini və müstəqil jurnalistləri dinlədiyi məlum olduqdan sonra cəmiyyətdə yaranan qorxunu daha da gücləndirdi. Hökumət bu fakta lazımi reaksiya vermək əvəzinə, 2022-ci il qanunvericiliyə düzəlişləri təsdiq etməklə vəziyyəti daha da pisləşdirdi, bu isə dövlətin nəzarət və gözətləmək səlahiyyətlərini daha da genişləndirdi”, - Meri Louer bildirib.
Onun sözlərinə görə, “Yığncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklər dinc etiraz hüququnun məhdudlaşdırılmasına yönəlib. O, hökuməti dəyişiklikləri ləğv etməyə çağırıb.
Parlamentin birinci vitse-spikeri Qia Volski BMT-nin xüsusi məruzəçisinin tənqidi hesabatını sifarişli və tamamilə şokedici adlandırıb.
“Yumuşaq desək, bu, Birləşmiş Millətlər Təşkilatının nümayəndəsindən eşitdiyimiz öz məsuliyyətsizliyi və ədalətsizliyi ilə şokedici bəyanatdır. BMT heç vaxt siyasi mövzularda bəyanatlar verməyib. Deyəsən, onun hansısa xüsusi tapşırığı var, kimin təsiri altında hərəkət etdiyini, bəyanatına nəyin səbəb olduğunu bilmirəm, amma bütün mövzuları çox yumşaq şəkildə sarsıdıcı ədalətsizlik kimi qiymətləndirmək olar. Bu, Birləşmiş Millətlər Təşkilatının işi deyil və ümumilikdə onun strukturuna və Gürcüstandakı fəaliyyəti ilə örtüşmür. Şokedici o deməkdir ki, o, ədalətsizliyi, qeyri-peşəkarlığı və ümumiyyətlə, Birləşmiş Millətlər Təşkilatının mandatına əməl etməməsi ilə sizi şoka salacaq”, - deyə Volski bildirib.