Ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, beynəlxalq arbitraj Gürcüstan hökumətinin “Anaklia İnkişaf Konsoriumu” ilə investisiya müqaviləsini qanuni olaraq ləğv etdiyini və konsorsiuma “birbaşa və ya dolayı olaraq” layihənin həyata keçirilməsinə mane olmadığını təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“2024-cü il iyulun 29-da Paris Arbitrajı qərarını Gürcüstan hökumətinə və “Anaklia İnkişaf Konsoriumu” MMC ilə paylaşıb və ona görə mübahisə Gürcüstanın qələbəsi ilə başa çatıb. Məlum olduğu kimi, sözügedən mübahisənin əsasını 2016-cı i,l oktyabrın 3-də Gürcüstan hökuməti ilə “Anaklia İnkişaf Konsoriumu” MMC arasında Qara Aənizin Anaklia Dərinsulu Limanının tikintisi, istismarı və təhvil verilməsinə dair imzalanmış investisiya sazişi təşkil edib.
Xüsusilə, investor tərəfindən investisiya öhdəliklərinin dəfələrlə pozulması səbəbindən Gürcüstan hökuməti investisiya müqaviləsini ləğv etmək məcburiyyətində qalıb. Arbitraj iddiaçısı investisiya müqaviləsinin ləğvinin qanuniliyinə etiraz edib və təqribən bir milyard yarım dollar təzminat tələb edirdi.
Arbitraj Gürcüstan Ədliyyə Nazirliyinin təqdim etdiyi hüquqi arqumentləri və sübutları tam şəkildə bölüşdü və müəyyən etdi ki, Gürcüstan hökuməti tərəfindən tikinti üçün maliyyə axtarışı üçün müəyyən edilmiş müddətlərin çoxsaylı təxirə salınmasına baxmayaraq, investor öz öhdəliyini tam şəkildə yerinə yetirə bilməyib.
Həmçinin, layihənin maliyyələşdirilməsi öhdəliyi tam olaraq investorun üzərinə düşürdü, o, öz səbəbləri ilə lazımi vəsaiti tapa bilməyib. Layihənin kommersiya riskinin daşıyıcısı da yalnız investor idi. Hökumət investorun layihəni həyata keçirməsinə nə birbaşa, nə də dolayı olaraq mane olmayıb.
Arbitraj bütün qeyd olunanları nəzərə alaraq, Gürcüstan hökumətinin investisiya müqaviləsinə qanuni xitam verdiyini və iddiaçının bir milyard yarım dollar təzminat tələbinin tamamilə rədd edildiyini, əksinə, iddiaçının Gürcüstan hökumətinin xeyrinə 650 min dollar ödəməyə borclu olduğunu təsdiqləyib”, - deyə Rati Breqadze bugünkü brifinqdə bildirib.
Ədliyyə Nazirinin sözlərinə görə, Mamuka Xazaradze Gürcüstan dövlətindən 2020-ci ilə qədər “Gürcüstanın icmal büdcəsinin 25%-i və ya dörddə biri” olan bir milyard yarım dolların ödənilməsini tələb edib.
“Hesab edirəm ki, onun qələbəsinin ölkə üçün hansı fəlakətli iqtisadi və maliyyə nəticələri olacağı hamıya aydın idi. Həm də siyasətlə məşğul olmaq və ölkəyə xidmət etmək istəyən bir adamın öz dövlətindən büdcəsinin dörddə birini tamamilə haqsız olaraq tələb etməsi və əhalini belə təhlükə qarşısında qoyması anlaşılmaz və ağlasığmazdır”, - Breqadze bildirib.
“Anaklia İnkişaf Konsoriumu”nun təsisçisi və “Lelo” partiyasının sədri Mamauka Khazaradze arbitraj məhkəməsinin qərarını “məyusedici” adlandırıb.
Konsorsium tərəfindən verilən açıqlamada, investorların layihəyə təxminən 80 milyon ABŞ dolları sərmayə qoyduğu bildirilir.
“Biz arbitraj işini ona görə başlatdıq ki, bizim investorların maliyyə maraqlarını qorumaq üçün fidusiar öhdəliyimiz var idi... Biz yenə də hesab edirik ki, Gürcüstan hökuməti Anaklia Limanı Layihəsinə zərər vurmağa çalışmaqla Gürcüstan vətəndaşlarının maraqlarına xələl gətirərək səhv hərəkət edib, nəticədə liman layihəsinin təxminən on il gecikməsinə səbəb olub ki, bu da Gürcüstan üçün minlərlə iş yeri və gəlir itkisidir”, - “Anaklia İnkişaf Konsoriumu”ndan bildirilib.
2016-cı ildə Gürcüstan hökuməti ilə Anaklia İnkişaf Konsorsiumu arasında Anaklia Dərinsulu Limanının tikintisi və istismarına dair investisiya sazişi imzalanıb. Strateji layihə sayılan limanın təməlqoyma mərasimində o vaxtkı baş nazir Qiorqi Kvirikaşvili və konsorsiumun təsisçisi Mamuka Xazaradze də iştirak edib. “Anaklia İnkişaf Konsorium”una “TBC Holding” (Gürcüstan) və “Conti Internmational” (ABŞ) şirkətləri daxil idi.
2019-cu ildə Baş Prokurorluq “TBC Holding”in təsisçiləri Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı istintaqa başlayıb və onları 16 664 000 ABŞ dolları məbləğində qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham edib. Mamuka Xazaradze bildirib ki, ittiham Anaklia Dərinsulu Limanı layihəsini dayandırmaq üçün irəli sürülüb. 2020-ci ildə hökumət öhdəliklərini yerinə yetirmədiyi üçün konsorsiumla müqaviləyə xitam verib.
“Anaklia İnkişaf Konsoriumu” və əsas investorlardan biri olan holland iş adamı Bob Meyer 2020-ci ildə Gürcüstana qarşı iki arbitraj iddiası qaldırıb. İddialarda iddiaçının hesablamalarına görə, 1 milyard dolları keçən dövlətə dəymiş ziyanın ödənilməsi tələb olunurdu. Anaklia İnkişaf Konsorsiumu iddia edib ki, bu məbləğə konsorsiuma və Bob Meyerə “Gürcüstan hökumətinin Anaklia Limanı Layihəsini pozmaq kampaniyası”nın birbaşa nəticəsi kimi itkilər daxildir. Konsorsium arbitraj iddiasını Beynəlxalq Ticarət Palatasının (ICC) Beynəlxalq Arbitraj Məhkəməsinə, Bob Meyer isə İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə (ICSID) təqdim edib.
29 may 2024-cü ildə Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili Çin konsorsiumunun Anaklia Dərinsulu Limanının strateji layihəsində özəl investor olacağını açıqlayıb.