“Bu gün ən çox sizin gününüzdür, çünki müharibəyə, işğala və digər təzyiqlərə baxmayaraq, gürcü xalqı öz sözünü deyib, öz yolunu seçib və artıq bu yolda tərəddüd etmir. Çünki bilirik ki, bu yol mədəniyyətimizin, kimliyimizin, təhlükəsizliyimizin, sülh və ərazi bütövlüyümüzün yeganə yoludur. Digər yol isə köləliyə və özlüyümüzü itirməyə aparır və bu gürcü xalqına kömək etmir”, - prezident Salome Zurabişvili əhaliyə müraciət edərək Avropa Komissiyasını Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməsi haqqında müsbət tövsiyə verilmsəi münasibətilə təbrik edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sizi burada, Gürcüstanda və sərhədlərdən kənarda olub bizi izləyənləri təbrik edirəm. İşğal olunmuş ərazilərin bütün sakinlərini təbrik edirəm, çünki mən bir şeyi dəqiq bilirəm, bizim Avropa gələcəyimiz sizin də gələcəyinizdir. Təbrik edirəm, çünki bu gün sizə aiddir. Bu gün Gürcüstanın nailiyyətidir. Bu gün həqiqətən xoşbəxtəm. Bu gün hamımız birlikdə sevinirik. Bu gün bu ölkənin müstəqilliyi, azadlığı, demokratiyası uğrunda mübarizə aparmış, canlarını fəda etmiş əcdadlarımıza məxsusdur.
Bu gün təbii ki, İlyanındır, çünki bu gün onun doğum günüdür, amma bu gün həm də Akaki, Niko, Vaja, Sulxan-Saba, Erekle və adlarını sadalamadıqlarımın hamısının günüdür, çünki bu gün bu böyük arzunu əsrlər boyu müxtəlif formada paylaşan, Gürcüstanın mədəniyyətimizə və kimliyimizə əsaslanan Avropa, Avropa sivilizasiyası, Avropa mədəniyyəti adlı sivil ailənin üzvü olmaq istəyən hər kəsindir.
Bu gün Zviadın və Merabındır. Bu gün həm də Zurab Jvania və bu böyük işə töhfə vermiş bu ölkənin bütün rəhbərlərinə aiddir, lakin bu gün ən çox sizin gününüzdür.
Bu gün, bir o qədər də bu ölkənin keşiyində duran və günümüzə gəlib çata bilməyənlərindir. Bu ölkənin haqsız və faciəli işğalının qurbanı olan bütün insanların günüdür, çünki keçmişimiz də, gələcəyimiz də bu təmənnasız vətən sevgisi üzərində dayanır.
Bu, Rusiyaya, işğala, onun bütün təhqirlərinə cavabımızdır və bu, onunla vuruşanların, bunun öhdəsindən gələnlərin və bu gün bizimlə birlikdə olanların hamısının qələbəsidir. Çünki onlar bu gün üçün mübarizə aparıblar”, - deyə prezident toplaşan vətəndaşlara müraciət edib.
Orbeliani sarayının yaxınlığında keçirilən tədbirdə xarici diplomatlar və gürcü siyasətçilər də iştirak edib.
Prezidentin təşəbbüsü ilə insanlar həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Salome Zurabişvili bildirib ki, o, Ukrayna və Moldova prezidentləri ilə danışıb və onları çox mühüm gün münasibətilə təbrik edib. Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə edib.
Gürcüstan prezidenti “Səsimiz Avropaya” kampaniyasına başlayıb. Zurabişvilinin sözlərinə görə, dekabrda Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı yekun qərarı qəbul etməzdən əvvəl səsimizi Avropa liderlərinə çatdırmalıyıq. Müraciətə Orbeliani Sarayında və onlayn olaraq imza atmaq mümkündür.
“Biz Gürcüstan vətəndaşları dekabrın tarixi qərarından əvvəl sizə - Avropa liderlərinə müraciət edirik. Biz sizə xalqımızın kollektiv səsini çatdırmaq və kollektiv ruhumuzu görməyə imkan vermək istəyirik.
Sizə müraciət edirik ki, Gürcüstanın və onun xalqının uzunmüddətli məqsədyönlü səy və sarsılmaz iradəsinə uyğun olaraq ölkəmizə namizəd statusu verilsin. Gürcüstan xalqının ifadə edilmiş iradəsini ən çətin problemlərin heç biri - nə müharibə, nə də işğal sarsıda bilməzdi. Bizi keçmişimiz və ümumi dəyərlərimiz çoxdandır ki birləşdirir. Ona görə də gələcəyimiz sizinlədir, Avropadadır və alternativi yoxdur!
Gürcüstan Konstitusiyasında yazılan şərtə görə, biz səylərimizi əsirgəməyəcəyik və məqsədimizdən dönməyəcəyik: müxtəlif siyasi dünyagörüşümüzə baxmayaraq, birlik gücü ilə bu petisiyanı imzalayır və namizəd statusunu tələb edirik”, - deyə müraciətdə bildirilir.
Noyabrın 8-də Avropa Komissiyası bəzi islahatların aparılması şərti ilə Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib. Statusun verilməsi ilə bağlı qərar dekabrın 14-15-də keçiriləcək sammitdə qəbul edilməlidir.