Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, Qiorqi Kekelidzenin Milli Kitabxananın direktoru vəzifəsindən azad edilməsi kadr qərarıdır və bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Papuaşvili Kekelidzenin vəzifədən azad edilməsi üçün konkret hansı səbəbinin olması barədə suala cavab verməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, Milli Kitabxananın gələcək inkişafı üçün vacib olan kadr qərarıdır. Mən bu məsələ ilə bağlı əlavə şərh və ya dəqiqləşdirmələr söyləmək fikrində deyiləm, çünki bu, parlament sədrinin qəbul etdiyi kadr qərarıdır. Yeni rəhbər cənab Konstantine Qamsaxurdiya olacaq. Milli Kitabxananın ümumiyyətlə siyasətlə heç bir əlaqəsi yoxdur, olmamalıdır da. Ona görə də Milli Kitabxananı hansısa yolla siyasətlə bağlamaq cəhdləri, öz növbəsində, belə bir əlaqə yaratmağa çalışan insanların qeyri-vicdaniliyini göstərir”, - Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, o, dünən postunu tərk etməsi barədə Qiorqi Kekelidze ilə danışıb. Parlamentin sədri Qiorqi Kekelidzenin 11 illik fəaliyyətində hansısa nöqsan görüb-görmədiyini soruşduqda, Papuaşvili təfərrüatlar barədə danışmaq istəmədiyini deyib.
“Milli Kitabxananın əldə etdiyi nəticələri və Milli Kitabxananı bir nəfərlə eyniləşdirə bilmərik. Milli Kitabxana illərlə, onilliklərlə orada çalışan böyük bir kollektivdir.
Bu, ilk növbədə, bütövlükdə kollektivin xidmətidir, orada əldə olunan nailiyyətlərdir və təbii ki, cənab Qiorqi Kekelidze, bu təşkilatın rəhbəri kimi bunda onun da əməyi var”, - Şalva Papuaşvili bildirib.
Parlament sədrinin məlumatına görə, Konstantine Qamsaxurdiya kitabxananın yeni direktoru kimi bir neçə gündən sonra təsdiq olunacaq. “Düşünürəm ki, Konstantine Qamsaxurdiya Gürcüstan Milli Kitabxanasının gələcək inkişafında mühüm rol oynayacaq, hər bir təşkilatın yeni enerjiyə ehtiyacı var və bu yeni enerji ilə Milli Kitabxana bundan sonra da fəaliyyətini davam etdirəcək”. Hesab edirəm ki, Konstantine Qamsaxurdiyanın həmin vəzifəyə nə dərəcədə uyğun olduğunu izah etməyə ehtiyac yoxdur. Düşünürəm ki, bununla bağlı cəmiyyətdə heç bir sual mövcud deyil”, - deyə Papuaşvili bildirib.
Qiorqi Kekelidze dünən yazıb ki, parlament sədri onunla görüşüb və vəzifəsindən getməsini istəyib: “O, mənə dedi ki, mən tutduğum vəzifədən getməliyəm, çünki yaxşı işləsəm də, 11 il çoxdur və yenilənmə vaxtıdır. Mən ona mülayim şəkildə dedim ki, hüquqi baxımdan bu, ondan asılıdır, amma başqa qanun var və bu qanuna görə, bu, böyük ədalətsizlikdir”. Tezliklə məlum olub ki, Kekelidzeni Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantine Qamsaxurdiya əvəz edəcək.
Dekabrın 28-də Konstantin Qamsaxurdiya mədəniyyət naziri Tea Tsulukiani ilə birlikdə Abaşi bələdiyyəsinin Köhnə Abaşi kəndində olub, onun babası, yazıçı Konstantin Qamsaxurdiyanın gələcək ev-muzeyinə baş çəkiblər. “Mədəniyyət nazirinin səfəri çox önəmlidir. Yeri gəlmişkən, mədəniyyət naziri burada sonuncu dəfə 1991-ci ildə olub. Bu vəziyyəti bu həddə çatdıran “Kartu” Vəqfinə təşəkkür edirəm və inanıram ki, bunu davam etdirəcək və tamamlayacaqlar. Biz burada tam hüquqlu mədəniyyət mərkəzi əldə etməliyik”, - Qamsaxurdiya bildirib.
Konstantin Qamsaxurdiya bir neçə gün əvvəl Mədəniyyət, İdman və Gənclər Nazirliyinin təsis etdiyi “Muza” müsabiqəsinin qalibi olub və 5000 lari məbləğində pul mükafatına layiq görülüb.