İctimai müdafiəçi Levan İoselianinin sözlərinə görə, “Gürcü Arzusu”nun “LGBT təbliğatına” qarşı elan etdiyi qanun layihəsi Gürcüstan Konstitusiyasının təmin etdiyi əsas hüquqlara zidd olmamalıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qanun layihəsinin məzmununu əvvəlcədən qiymətləndirmək mənim üçün çətin olacaq, lakin bir şey aydındır ki, o, Gürcüstan Konstitusiyasının təmin etdiyi əsas hüquqlara zidd olmamalıdır, bərabərlik prinsipini qorumalı, söz və ifadə azadlığını məhdudlaşdırmamalıdır. Mən qanun layihəsini gözləyirəm, təfərrüatları tanış olduqdan sonra dəyərləndirə biləcəyəm”, - deyə ictimai müdafiəçi bildirib.
Fevralın 29-da keçirilən brifinqdə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib ki, partiyanın qərarına əsasən, “cəmiyyəti psevdoliberal ideologiyadan və onun qaçılmaz zərərli nəticələrindən qoruyacaq qanunvericilik təşəbbüsü hazırlanacaq”. Mdinaradze deyir ki, “LGBT təbliğatı gələcək nəsillər üçün dağıdıcıdır”.
Hökumət qanun layihəsinin hazırlanmasında iştirak etməyə hazırdır. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, ən əsası hazırlanmış sənədin Konstitusiyaya zidd olmamasıdır.
Müxalifət partiyalarının nümayəndələri hesab edirlər ki, hakim partiya diqqəti ölkədəki real problemlərdən yayındırmağa çalışır. “Vətəndaşlar” Partiyasının üzvü Ketevan Turazaşvili belə problemlər sırasında qadın qətllərini, gənclərin narkomaniyaya meyliliyini və pedofiliyanı hllandırıb. “Qirçi”nin üzvü İaqo Xviçia hesab edir ki, “Gürcü Arzusu” əslində ifadə azadlığını məhdudlaşdırmaq niyyətindədir.
Rusiyada iki ilə yaxındır ki, “LGBT təbliğatı”nı tamamilə qadağan edən qanun qüvvədədir. Bundan əvvəl, 2013-cü ildən “qeyri-ənənəvi cinsi əlaqənin təbliği” yalnız yetkinlik yaşına çatmayanlar arasında qadağan edilib. Prezident Vladimir Putinin 2022-ci il dekabrın 5-də imzaladığı qanuna əsasən, “LGBT təbliğatına” görə cərimə fiziki şəxslər üçün 400 min rubl, hüquqi şəxslər üçün isə 5 milyon rubl təşkil edir. Qanun müxtəlif sahələrə, o cümlədən onlayn və oflayn kinoteatrlara, teatra, mediaya, reklam biznesinə və sosial şəbəkələrə şamil edilir. “Roskomnadzor” məhkəmə qərarı olmadan “qeyri-ənənəvi münasibətlər”, pedofiliya və cinsiyyətin dəyişdirilməsinin “təbliğatını” ehtiva edən internet resurslarını bloklamaq hüququna malikdir.