Gürcüstan Daxili İşlər Nazirliyi Rusiyada baş verən hazırkı hadisələrin fonunda bəyan edir ki, indiki mərhələdə sərhədi bağlamaq və ya başqa tədbirlər görməyə ehtiyac yoxdur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İctimai marağın yüksək olmasından irəli gələrək, “Dariali” sərhəd immiqrasiya nəzarəti xidmətindəki mövcud vəziyyət barədə ictimaiyyəti məlumatlandırmaq istərdik:
İyunun 24-dən etibarən sərhəd-keçid məntəqəsində işlər əvvəlki qaydada davam edir. Hal-hazırki göstəricilərə görə, heç bir istiqamətdə sərnişin və nəqliyyat vasitələrinin axınında artım müşahidə olunmur.
Vəziyyətə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən tam nəzarət olunur, mövcud vəziyyət təhlil edilir və indiki mərhələdə sərhədin bağlanmasına və ya digər tədbirlərin görülməsinə ehtiyac yoxdur”, - deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Prezident Salome Zurabişvili hesab edir ki, Rusiyadan mümkün yeni miqrasiya dalğalarını nəzərə alaraq, sərhədə ciddi nəzarət edilməlidir. Müxalifət də hökuməti Milli Təhlükəsizlik Şurasını çağırmağa, Rusiya ilə quru və haza sərhədlərini bağlamağa çağırır. Keçmiş baş nazir və “Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxaria bildirir ki, təhlükə realdır və Gürcüstanın dövlət sərhədi – Lars sərhəd-keçid məntəqəsi eskalasiya zonasına ən yaxın nöqtədir.
“Gürcüstan hökumətini Təhlükəsizlik Şurasını çağırmağa və ölkənin maraqlarını qorumağa çağırıram! Proqnozlaşdırıla bilinməyən vəziyyəti nəzərə alaraq və dövlətin təhlükəsizliyini qorumaq üçün Rusiya ilə sərhədlər müvəqqəti bağlanmalıdır... Sülhün qorunması üçün vaxtında hərəkətə keçmək lazımdır”, - Qiorqi Qaxaria bildirib.
Biz Rusiyada baş verənləri müşahidə etməliyik, yeganə etməli olduğumuz şey budur - Kobaxidze
İyunun 23-də “Vaqner”in təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner”lərin düşərgələrini bombalamaqda ittiham edib və “ədalət yürüşü”nə başlayacağına söz verib. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədə bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedir.
“Rusiya hərbi rəhbərliyi tərəfindən törədilən şər dayandırılmalıdır”, - deyə Priqojin bildirib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüş tələb edir.
Hazırda “Vaqner” Ukrayna sərhədi yaxınlığındakı Rostov-Dondakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarət edir.
Yevgeni Priqojinin üsyanından sonra bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciət edib. O, Priqojinin hərəkətini “arxadan vurulan zərbə” kimi qiymətləndirib və “vətənə xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib.
“Hərbi qiyam təşkil edən və hazırlayan, əsgər yoldaşlarına silah qaldıran kəs Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən, onların bu cinayətə cəlb etməyə çalışdıqları şəxsləri ölümcül və faciəli səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə – cinayət əməllərində iştirakdan çəkinməyə çağırıram”, - Putin bildirib.
Rusiya hökuməti Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edib. Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb.