Özü-özünü tanıyan Dağlıq Qarabağ Respublikasının Parlamenti Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki bəyanatını pisləyib. Paşinyan mayın 22-də bildirib ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qondarma Parlament bu gün xüsusi çağırışla iclas keçirib və bəyanat qəbul edib ki, Paşinyan Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinin və Konstitusiyanın “Artsax”a (Dağlıq Qarabağın adı) münasibətdə müddəalarını, xüsusən imperativi müddəanı kobud şəkildə pozur. Ali Şuranın 1992-ci il 8 iyul tarixli qərarının prinsipi “Dağlıq Qarabağ Respublikasının Azərbaycanın tərkibində göstərildiyi hər hansı beynəlxalq və ya daxili sənədə Ermənistan Respublikası tərəfindən baxılması qəbuledilməzdir.
“Bizim üçün Nikol Paşinyanın “Artsax” Respublikasının suverenliyinə, xalqımızın öz müqəddəratını təyinetmə hüququna və bu hüququn həyata keçirilməsinə məhəl qoymayan hər hansı bəyanatı və ona əsaslanan istənilən sənədi qəbuledilməz və dəyərsizdir”, - deputatlar bildiriblər və mübarizədən heç vaxt vaz keçməyəcəklərini qeyd edirlər.
Parlamentarlarr erməniləri hökumətin “fəlakətli addımlarına” yol verməməyə və Azərbaycana “erməni vətəninin bir hissəsini - Artsax Respublikasını və Ermənistan Respublikasının suveren ərazilərini anklavlar şəklində verməməyə çağırırlar ki, bu da qaçılmaz olaraq erməni dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaq”.
Deputatalar həmçinin Ermənistanın hazırkı və keçmiş prezidentlərini baş nazirin bəyanatını pisləməyə çağırıblar, əks halda onların susması Nikol Paşinyanın bəyanatına dəstək kimi qəbul olunacaq.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağı da əhatə edən 86 600 kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır. Paşinyanın sözlərinə görə, Dağlıq Qarabağ erməniləri, onların hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Stepanakert formatında müzakirə edilməlidir. Ermənistanın baş naziri, həmçinin Bakı ilə Stepanakert (özünü tanımış Dağlıq Qarabağ Respublikasının paytaxtı) arasında danışıqlara beynəlxalq təminatların yaradılmasının vacibliyini vurğulayıb.
Əhalisinin əksəriyyətini etnik olaraq ermənilərin təşkil etdiyi Dağlıq Qarabağ Sovet İttifaqının dağılmasından sonra 1991-ci ilin payızında müstəqilliyini elan edib. Bundan əvvəl, o Azərbaycan SSR-in muxtar vilayəti idi. Ermənistan “Artsax” Respublikasının suverenliyini və müstəqilliyini tanımır. 2020-ci ildə Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan bildirmişdi ki, bu yanaşma ilə Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini asanlaşdırmaq istəyir.