Paşinyanın sözlərinə görə, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır, lakin Bakı bu ərazidə yaşayan etnik ermənilərin hüquqlarının və təhlükəsizliyinin qorunmasını təmin etməlidir.

Bu gün, mayın 22-də keçirilən mətbuat konfransında Paşinyan bildirib ki, Ermənistan Azərbaycanın ərazisini 86 600 kv. kilometr kimi tanıyır və bu Dağlıq Qarabağı da əhatə edir.

“Əgər biz bu məsələdə bir-birimizi düzgün başa düşürüksə, o zaman, bəli, Ermənistan, Azərbaycanın 86 600 kv. kilometr olan ərazi bütövlüyünü tanıyır, amma o şərtlə ki, Azərbaycan da Ermənistan ərazisini 29.800 kv. kilometr olan ərazi bütövlüyünü tanısın.

86 600 kv. kilometrə Dağlıq Qarabağı da əhatə edir, lakin qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ erməniləri və onların hüquqları və təhlükəsizliyi məsələsinə Bakı-Stepanakert formatında baxılmalıdır”, - Paşinyan bildirib.

Ermənistanın baş nazirinin sözlərinə görə, erməni tərəfi Bakı ilə Stepanakert (özünü tanımış Dağlıq Qarabağ Respublikasının paytaxtı) arasında danışıqlara beynəlxalq təminatların yaradılmasını vacib hesab edir.

“Biz, məsələn, nəzərə alırıq ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi sadəcə unudula bilər və Azərbaycan Dağlıq Qarabağ ermənilərinin zorla etnik təmizləmə və soyqırımı siyasətini davam etdirəcək”, - Paşinyan bildirib. 

O, bu gün bir daha bildirib ki, Ermənistanın təhlükəsizliyinin təminatı sülhdür, bu, yalnız bütün qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsi ilə mümkündür. Baş nazirin sözlərinə görə, bu, asan proses deyil, amma xalqın istəyidir.

Təxminən 4400 kv. kilometr sahəsi olan Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin, əhalisinin əksəriyyətini etnik ermənilər təşkil edir.

“Bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün bizim “Qarabağ Azərbaycandır və nida işarəsi” sözümüzü deməlidir, əgər “A” deyirdisə, “B” də deməlidir. Alma-Ata Bəyannaməsi əsasında sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirən Ermənistan indi Qarabağın Azərbaycan olduğunu rəsmən bəyan etməlidir", - Azərbaycan Prezidenti 18 aprel tarixli müsahibəsində deyib.

 

İlham Əliyev deyir ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da yaşamaq üçün başqa yer axtarmalıdırlar.

Mayın 25-də Moskvada Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli görüşü planlaşdırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur