Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, sülh sazişinin əldə olunması üçün Ermənistan rəsmən bəyan etməlidir ki, “Qarabağ Azərbaycandır”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Aprelin 18-də dövlət televiziyasına müsahibəsi zamanı Əliyev qeyd edib ki, ötən ilin oktyabrında Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb.
“Yəni, etiraf etdi ki, Azərbaycanla Ermənistan arasında sərhəd məsələsi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həll edilməlidir. Bu bəyannamədə nə deyilir? O deyir ki, ittifaq respublikaları arasındakı sərhədlər dövlət sərhədləri kimi sayılır.
Bu baxımdan, Ermənistan bu rəsmi addımı atmaqla Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi rəsmən tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün bizim “Qarabağ Azərbaycandır və nida işarəsi” sözümüzü deməli, “a” deyibisə, “b” də deməlidir. Alma-Ata bəyannaməsi əsasında sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirən Ermənistan indi Qarabağın Azərbaycan olduğunu rəsmən bəyan etməlidir”, - Əliyev bildirib.
Azərbaycan prezidentinin sözlərinə görə, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını almalı, ya da yaşamaq üçün başqa yer axtarmalıdırlar. Separatçılar da bilməlidirlər ki, onların iki variantı var: ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da gedəcəklər”, - İlham Əliyev bildirib.
Aprelin 18-də, parlamentdə çıxışı zamanı Azərbaycanla sülh müqaviləsi bağlamaq məsələsi ilə bağlı Ermənistanın baş naziri də danışıb. Nikol Paşinyanın sözlərinə görə, o, Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamaq üçün hər şeyi edəcək, lakin bu, yalnız hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdığı təqdirdə mümkün olacaq. Paşinyan bildirib ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra “Azərbaycan eyforiya içindədir və mümkün qədər, mümkünsə, hər şeyi ələ keçirməyi düşünür”.
“Əlbəttə, sülh təkcə bizdən və mövqelərimizdən asılı deyil. Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün hər şeyi etmək mənim səmimi istəyimdir. Bu mümkündürmü? Məncə, bu, həqiqətən mümkündür.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hər iki ölkə aydın, qeyri-müəyyənliklər və tələlər olmadan, bir-birinin ərazi bütövlüyünü tanıdıqdan və bu gün və ya gələcəkdə bir-birinə ərazi iddiası irəli sürməməyi öhdəsinə götürdükdən sonra real olacaq”, - Paşinyan deyib və qeyd edib ki, əslində bu, 2022-ci ilin oktyabrında Praqa və Soçidə keçirilən görüş zamanı müzakirə edilib və bu da müvafiq ictimai bəyanatlarda qeyd olunub.
“Buna baxmayaraq, qarşı tərəfin razılaşmanı yerinə yetirməməsi ilə bağlı həm İrəvandan, həm də Bakıdan rəsmi bəyanatlar eşidilir.
İndi mən təsdiq etmək istərdim ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan Sovet Sosialist Respublikasının (SSR) bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da bunu etməsini gözləyirik.
Onu da deyim ki, Azərbaycanın sülh müqaviləsi danışıqları zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımaqdan imtina etdiyi və ya ondan imtina edir olması barədə bəyanatları həqiqətə uyğun deyil və biz bunu təsdiqləyə bilərik. Biz özümüz təklif etmişik ki, Ermənistan və Azərbaycan SSR-in SSRİ xəritələri iki ölkənin ərazi bütövlüyünün əsası kimi müqaviləyə əlavə edilsin”, - Nikol Paşinyan bildirib.
Azərbaycanlı fəallar 4 aydan artıqdır ki, Ermənistan və ermənilərin məskunlaşdığı Dağlıq Qarabağı birləşdirən yeganə yolun keçdiyi Laçın dəhlizində piket keçirirlər. Aprelin 18-də nə Əliyev, nə də Paşinyan bu məsələni müzakirə etməyiblər.