“İnsanların bulinqə məruz qaldığını, bir nəfərin on nəfər tərəfindən döyülməsini görmək çox üzücüdür. Üstəlik televizorda izləyirsən və uzaqdan edə biləcəyin tək şey, xüsusən də belə bir statusunuz varsa, idmançı olsan belə, belə böyük imkanın var, heç olmasa, bulinqə məruz qalan insanlara onların yanında olduğunu göstərməlisən. Bəziləri deyirdi ki, təxribat təşkil edirdilər filan, amma kimsə hər hansı təxribat təşkil etmiş olsa belə, on nəfər bir nəfəri döyməməli, yıxılan adama bir də təpiklə vurmamalıdır. Statusumda da məhz belə yazmışam. Üstəlik, orada gənclər dururlar və mən buna görə təşəbbüs götürdüm”, - Gürcüstan millisinin oyunçusu Budu Zivzivadzenin bu sözləri artıq bu gün “YouTube”da dərc olunan müsahibədən kəsilərək götürülüb. “Japara Podcast” izah edir ki, hissə qonağın xahişi ilə silinib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Müsahibədən futbolçunun Rusiyanı düşmən adlandırdığı hissə də kəsilib: “Mən həmişə demişəm ki, Rusiya düşməndir və bunu həmişə də deyəcəyəm. Anam da Abxaziya qaçqınıdır və Rusiyanın təcavüzünə məruz qalıb. Belə olmasa belə, biz onların indi Ukraynada nə etdiklərini və bizə nə etdiklərini, hətta 2008-ci ildə də etdiklərini görə bilərik. Mən o vaxt balaca idim, amma çox yaxşı xatırlayıram. Rusiya təkcə bizim üçün deyil, demək olar ki, hamı üçün düşmən dövlətdir”.
Budu Zivzivadzenin müsahibəsindən bu sitatlar “Facebook”da onlayn nəşrlər tərəfindən dərc edilib. Kart şəklində paylaşılıb. Bəzi media kartları bir neçə saat ərzində silib.
“Tabula” Budu Zivzivadzenin kartlarının onun xahişi ilə silindiyini izah edib: “Silməzdən əvvəl sualı olacaq insanlara nə cavab verək deyə soruşduq. O, bizə “Avropaya hazırlaşıram və mənə daha çox ajiotaj lazım deyil” deyə yazıb.
“Bu qərarı futbolçunun özünün xahişi ilə redaktorlar verib. Onun sözlərinə görə, tələb qarşıdan gələn çempionat öncəsi əlavə emosiyalar və ajiotaj qaçmaq istəyinə əsaslanır”, - “Publika” yazıb.
Almaniyanın “Karlsrue” klubunda çıxış edən Budu Zivzivadze Tbilisidə rus qanununa qarşı keçirilən on minlərlə insanın iştirak etdiyi nümayişlərə dəfələrlə münasibət bildirib. Mayın 2-də o, aksiyada iştirak edən gənclərlə həmrəy olduğunu bildirib və dinc nümayişçilərə qarşı hücumları pisləyib. O, “Facebook”da dərc etdiyi paylaşımda futbol haqda düşünmək və Avropa çempionatına hazırlaşmaq əvəzinə ölkədə baş verən hadisələrlə bağlı mövqe tutmalı olduğundan narahatlığını bildirib. “Amma Gürcüstanın sıravi vətəndaşı kimi mən özümü bir daha təkrar etməyə borclu hesab edirəm: Rusiyaya yox, Gürcüstanı Rusiyaya tərəf itələyən hər şeyə yox. Gürcüstanın yolu Avropayadır. Mən Gürcüstanın gələcəyi üçün öz sağlamlıqlarını riskə atan gənclərin yanındayam. Dinc nümayişçilərə hücum etmək üçün heç bir əsas yoxdur. İstəyirəm ki, Gürcüstan həmişə 26 mart gecəsi olduğu kimi birləşsin və xoşbəxt olsun. Mən Gürcüstanam!”, - Budu Zivzivadze yazıb.
Milli komandanın bir sıra futbolçuları, o cümlədən Qiorqi Koçoraşvili, Zuriko Davitaşvili, Qiorqi Mamardaşvili, Xviça Kvaratsxelia, Jaba Kankava və Qiorqi Çakvetadze rus qanununa qarşı olduqlarını bildiriblər.
Bunun fonunda Bidzina İvanişvilinin təsis etdiyi “Kartu” xeyriyyə fondu milli komandaya 30 milyon lari vəd edib, hökumət isə çempionata çıxmaq üçün nəzərdə tutulmuş mükafatı 850 min laridən 3 milyon lariyə qaldırıb.
Bir neçə gün əvvəl millimizin üzvü və sabiq kapitan Jaba Kankava Avropa çempionatında oynamayacağını yazıb: “Mart oyunlarından sonra verdiyim qərarı sizə demək istəyirəm: milliyə çağırılacağım təqdirdə, Avropa çempionatına futbolçu kimi yox, sıradan bir azarkeş kimi gedərdim”.
Kankava iki dəfə “xarici agentlər” haqqında rus qanununa qarşı hərəkətlərə münasibət bildirib. Aprelin 17-də yazıb: “Rusiyanın anasını ***... Gürcüstan Avropada!”, mayın 2-də isə “Mən o kəsin anasını ***, kimki ilk rusu təriflədi... Rusiyaya yox”.