İvanişvilini fondu “Kartu” futbol komandasına mükafat olaraq 30 milyon lari vəd edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bidzina İvanişvilinin təsis etdiyi “Kartu” xeyriyyə fondu Avropa çempionatının alt qrupundan çıxacağı təqdirdə milli futbol komandasına 30 milyon lari vəd edir. “Kartu” bu gün milli futbol komandasının tarixi qələbəsindən təxminən bir ay sonra bəyanat yayıb. Bu vəddən əvvəl milli komandanın futbolçuları rus qanununa zidd və Gürcüstanın avrointeqrasiyasını dəstəkləyən bəyanatlarla çıxış etmişdilər.

"Gürcüstanın futbol üzrə yığma komandası Avropa çempionatına yollanmaqla hər bir gürcüyə böyük sevinc bəxş edib. Bu uğurun, nəsillərin arzusunun gerçəkləşməsinin arxasında hər bir futbolçunun, məşqçilər korpusunun nümayəndəsinin, futbol sahəsi ilə məşğul olan insanların böyük əməyi var.

Məhz buna görə də futbol komandasının motivasiyasını daha da dəstəkləmək məqsədilə “Kartu” Fondu futbol komandasına Avropa çempionatının alt qrupundan çıxması üçün mükafat olaraq 30 milyon lari verəcək. Bundan əlavə, “Kartu” Fondu alt qrupdan çıxdıqdan sonra milli komandanı növbəti matçda qazanılan hər qələbəyə görə əlavə 30 milyon lari ilə mükafatlandıracaq", - İvanişvilinin Fondunun bəyanatında deyilir.

Futbol komandasının qələbəsindən cəmi bir neçə gün sonra “Gürcü Arzusu” bir il əvvəl minlərlə etiraza görə geri götürülmüş və onu heç vaxt geri qaytarmayacağına söz verən “xarici agentlər” adlanan rus qanununu parlamentdə yenidən gündəmə gətirib. İctimai etirazlara və beynəlxalq tərəfdaşların Gürcüstanın Avropaya inteqrasiyasına mane olacağı çağırışlarına baxmayaraq, bu qanunu hakim partiya birinci oxunuşda yenə də qəbul etdi. Partiya liderləri bu dəfə geri çəkilməyəcəklərini bildiriblər.

Milli komandanın və İspaniyanın “Levante” futbol klubunun yarımmüdafiəçisi Qiorqi Koçoraşvili “Avropaya hə, rus qanununa yox!” aksiyasına ilk qoşulanlardan olub. O, mitinqdə çəkilmiş, bacısı qızının AB bayrağı ilə görüntüləndiyi fotonu İnstaqram sosial şəbəkəsində yerləşdirib. “Gürcü Arzusu”nun liderlərindən biri, Tbilisi meri Kaxa Kaladze bildirib ki, futbolçunun atası Roin Koçoraşvili “naçidir, Qaxariya partiyasının nümayəndəsidir”.

Milli komandanın digər oyunçuları da rus qanunu ilə bağlı əks mövqe bildiriblər:

Budu Zivzivadze: "Rusiyaya yox, Gürcüstanın yolu Avropadadır!  Heç kim mənə təşəkkür etməməlidir, çünki hər gürcü nəyi deməlidirsə, mən onu deyirəm".

Qiorqi Çakvetadze: "Gürcüstan Avropadadır!"

Qaba Kankava: "Rusiyanın anasını..."

Xviça Kvaratsxeliya: "Avropa yolu bizi birləşdirir! İrəli Avropaya! Gürcüstana sülh!"

Qiorqi Mamardaşvili: "Gürcüstanın yolu və gələcəyi ancaq Avropadan keçir!"

Zuriko Davitaşvili: "Gürcüstanın yolu Avropadadır, bizi Avropa yolu birləşdirir! İrəli Avropaya! Gürcüstana sülh!"

Qiorqi Tsitaişvili: "Gürcüstanın yolu və gələcəyi ancaq Avropadan keçir".

Aprelin 29-da “Gürcü Arzusu” parlament binası qarşısında, tam bir həftədir rus qanununa qarşı hər gün nümayişlərin keçirildiyi yerdə rus qanununa dəstək üçün “ictimai toplantı” keçirəcək. Dövlət xidmətlərində çalışan işçilər rus qanununa dəstək aksiyasında iştirak etməyə məcbur edilirlər.

İlkin məlumata görə, “Gürcü Arzusu” rus qanununu iyunda, millinin Avropa çempionatında oyunu zamanı üçüncü və son oxunuşda qəbul edəcək.

“Avro 2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Gürcüstan ilk oyununu iyunun 18-də Dortmundda Türkiyə, sonra iyunun 22-də Hamburqda Çexiya, 26-da isə Gelzenkirxendə Portuqaliya ilə keçirəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur