Gürcüstan Parlamentinin Bürosu cari həftənin plenar iclaslarının gündəliyinə məhkəmə sistemində korrupsiyanın araşdırılması üçün komissiyanın yaradılması məsələsini daxil etməyib. Əvvəlki sessiya həftəsində müxalifətin bu təşəbbüsü çoxluq tərəfindən kvorumun yaradılamaması səbəbindən səsə qoyula bilməmişdi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Lelo” partiyasının üzvü, parlamentin keçmiş sədri Davit Usupaşvili “Gürcü Arzusu”nun komissiyaya mane olmasını hakimiyyətin qəsb edilməsi adlandırır. Deputatın sözlərinə görə, bu günkü gün parlament tarixində böyük qara ləkə olacaq.
“Belə bir presedent xatırlamıram. Bu binada məndən daha çox təcrübəli yüksək vəzifəli parlament üzvləri və əməkdaşları var və 30 ildən artıqdır ki, çoxluğun gündəliyə daxil edilmiş konkret məsələnin səsvermə siyahısına salınmasına əngəl törətdiyi, birinci qeydiyyatdan keçirməməsi və sonra da sadəcə silmək qərarına gəlməsi halı olmayıb. Bu, sadəcə ona görədir ki, təqdim olunan layihə sizin xoşunuza gəlmir, lakin bu, o demək deyil ki, biz belə davranmalı və bu cür presedentlər yaratmalıyıq”, - Usupaşvili Büro iclasında bildirib.
“Gürcü Arzusu”nun üzvü, parlamentin sədr müavini Arçil Talakvadze bildirib ki, müxalifət parlamentdə “məhkəməni mühakimə etməyə” çalışır.
“Əslində bu təşəbbüsün məqsədi və arqumenti heç bir faktarın təyin edilməsi, heç bir azad və ya müstəqil məhkəmə deyil.
Sizin vəzifələriniz bunlardan ibarətdir: birinci - məhkəməni mühakimə etmək, çünki bu gün o, artıq “Milli Hərəkat”a və müxalifətin radikal hissəsinə tabe deyil; İkincisi, sizin siyasi liderlərinizi ən ağır cinayətlərə görə mühakimə etməyə cəsarət edən hakimləri və məhkəmə sistemini cəzalandırmaq istəyirsiniz, çünki bu gün o, hakimiyyəti əldə etdiyimiz vaxtdan daha azaddır, daha müstəqildir; Bu təşəbbüs bilavasitə Gürcüstanın Avropaya inteqrasiyasına və namizəd statusuna mane olmağa xidmət edir”, - deyə Talakvadze bildirib.
Müxalifətdən olan deputatlar məhkəmə sistemində korrupsiya və digər qanunsuz halların araşdırılması üçün müvəqqəti istintaq komissiyasının yaradılması haqqında qətnaməni parlametdə ötən ilin dekabrında qeydiyyata keçirsələr də, o ilk dəfə səsə aprelin 18-də qoyulub. Bu məsələ aprelin 5-də ABŞ Dövlət Departamentinin üç cari və bir keçmiş gürcü hakimi - Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzeyə qarşı korrupsiyada iştiraklarına görə sanksiya tətbiq etdikdən sonra aktuallaşıb.
“Gürcü Arzusu” aprelin 18-də, 19-da və 20-də keçirilən plenar iclaslara qeydiyyatdan keçməyərək qətnamələrə səsvermənin qarşısını alıb.
“Komissiya yaratmamaq bizim prinsipial mövqeyimizdir və bununla biz Gürcüstan dövləti və Gürcüstan məhkəməsinə qarşı həmrəy olduğumuzu ifadə edirik”, - “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.
Səsvermə kvorum olmadığı, yəni 76 deputat qeydə alınmadığı üçün keçirilə bilməyib. Kvorum olarsa, müxalifətə istintaq komisiyasının yaradılması üçün lazım olan minimum 50 səs hər üç gündə də var idi.