Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, avqustun 3-də helikopter Şovidəki fəlakət zonasına “cəmi 3 saat” ərzində uçub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Heç bir gecikmə. Helikopter 3 saat gecikmə ilə yox, üç saata gəldi. Cəmi üç saat ərzində. Uçuş bir saat çəkir. Xəbərdarlıqdan sonra, əlbəttə ki, hansı avadanlıq lazım olduğunu yoxlamaq lazımdır və bundan sonra avadanlığın özü üçün bir hazırlıq dövrü var - bu maşın deyil ki, mühərriki işə salasan və gedəsən, ona hazırlıq dövrü lazımdır və məhz bu müddət ərzində cəmi 3 saat ərzində helikopter orada idi”, - Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Şalva Papuaşvili helikopterin gecə işləməsinin zəruriliyi ilə bağlı sualı belə cavablandırıb: “Saat 6-da gecə deyildi, məncə, elə deyilmi?. Xilasetmə xidmətinin qarşısına qoyduğu bütün tapşırıqlar tamamilə yerinə yetirilib. Bilirsiniz ki, mən də bir neçə gün orada, hadisə yerində olmuşam. Orada olanlar, fəlakətdən sağ çıxan insanlar, onların bir hissəsi birinci elə gün çıxarılıb, digər hissəsi təhlükəsiz əraziyə təxliyyə edilib, bütün zəruri əşyalarla təmin edilib, səhər saatlarında isə xilasetmə əməliyyatının ikinci mərhələsi başlayıb və fəlakətdən sağ çıxan bütün insanlar təxliyyə edilb”.
Avqustun 3-də saat 15:15 radələrində Şovi kurort ərazisində təbii proseslər inkişaf edib. Sel kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3-ü və 4-də helikopterlərlə 210 nəfər fəlakət zonasından təxliyə edilib.
Bu günə olan məlumatlara görə, təbii fəlakət nəticəsində azı 18 nəfər həlak olub, təxminən eyni sayda insan itkin düşmüş hesab edilir. Ölən 14 nəfərin şəxsiyyəti məlum olub, onların arasında 18 yaşlı Samirə İsayeva, 25 yaşlı Davit Beriaşvili, 7 yaşlı Luka Dudaşvili, 25 yaşlı Meqi Qutaşvili, 18 yaşlı gənc Qiqi Qutaşvili, 49 yaşlı Şorena Biçaşvili, 20 yaşlı Mariam Maisuradze, Qiorqi Karalaşvili, Nino Kençadze, Ukrayna vətəndaşı Alina Polikovska və Rusiya vətəndaşı Kseniya Triçeva da var.