Çətin oyun oldu, qalib də gələ bilərdik və buna görə kədərliyik- Mamardaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın milli futbol yığması Avropa çempionatının qrup mərhələsinin ikinci turunda Çexiya millisi ilə oyunu heç-heçə - 1:1 başa vurub, Qiorqi Mamardaşvili matçın ən yaxşı oyunçusu seçilib.

“Çətin oyun oldu, sonda qalib də gələ bilərdik və buna görə kədərliyik. Bu iki oyunda meydana ruhumuzu qoyduq. Oyuna gələn və bu gürcü ruhunu üzə çıxarmaqda bizə dəstək olan gürcü azarkeşlərə təşəkkürümü bildirirəm. Azarkeşlər heyrətamiz atmosfer yaratdılar və onlar olmasaydı, biz belə oynamazdıq.

Belə bir turnirdə oynadıqda daha çox diqqətli olmalıyıq. Rəqib laqeydliyimizi bağışlamır, birinci qolda başımıza belə gəldi, o, sayılmadı, ikinci epizodda da eynisi oldu və çexlər hesabı bərabərləşdirdi. Ancaq hələ heç nə itirilməyib, qarşıda üçüncü matç var, mübarizə davam edir”, - deyə bu gün qapıdan 11 top çıxaran və UEFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilən Mamardaşvili bildirib.

Çexiyanın qapısına yeganə qolu penaltini dəqiq yerinə yetirən Qiorqi Mikoutadze vurub. Oyunun sonunda Gürcüstanın qalib gəlmək şansı olsa da, Saba Lobjanidze qarşı-qarşıya qolu qaçırıb. Buna qədər Anzor Mekvabişvilinin də qol vurmaq şansı olub.

Yığma növbəti görüşünü iyunun 26-da Qelzenkirşen şəhərində çempionatın favoritlərindən olan Portuqaliya yığmasına qarşı keçirəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur