Çadır qurmaq sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinin tərkib hissəsidir - Xalq Müdafiəçisi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Xalq Müdafiəçisi etiraz aksiyasının iştirakçısı Beka Qriqoriadisin parlament binasının arxasında çadır qurmaq istəyərkən saxlanılmasını şərh edib. Levan İoselianinin dediyi kimi, çadır qurmaq sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinin tərkib hissəsidir ki, bunu həm Gürcüstanın ümumi məhkəmələrinin təcrübəsi, həm də Konstitusiya Məhkəməsinin şərhi təsdiq edir.

“Çadırın binanın girişini kəsmədiyi və ya nəqliyyatın hərəkətinə mane olmadığı bir halda bu məhdudiyyət xüsusilə problemli və qeyri-mütənasibdir.

Bundan əlavə, hətta çadırdan istifadə edərək, toplaşmaq azadlığı ilə qorunan sahəyə daxil olmayan etiraz bildirən yalnız bir şəxs belə, müvafiq və lazımi əsas olmadan müdaxilənin qeyri-mütənasib olduğu ifadə azadlığından istifadə edir. ”, - deyə Xalq Müdafiəçisinin bəyanatında deyilir.

Bundan əlavə, Xalq Müdafiəçisi qeyd edir ki, polis əməkdaşları tərəfindən dinc toplantı iştirakçılarının əllərindən etiraz plakatlarının alınması hüquq-mühafizə orqanları əməkdaşlarının ifadə hüququnun tam həyata keçirilməsinə, o cümlədən müxtəlif ifadə vasitələridən istifadə edilməsinə yardım etmək öhdəliyinə uyğun gəlmir.

Levan İoseliani Gürcüstan Daxili İşlər Nazirliyini sərbəst toplaşmaq və ifadə azadlığına əsassız məhdudiyyətlər qoymamağa çağırır.

Levan Yoseliani Gürcüstan Daxili İşlər Nazirliyini sərbəst toplaşmaq və ifadə azadlığına əsassız məhdudiyyətlər qoymamağa çağırır.

Beka Qriqoriadisi “Agentlər haqqında” rus anununa qarşı mart etirazlarının həbs olunan iştirakçısı, 21 yaşlı Lazare Qriqoriadisinin atasıdır. O, bir neçə gün əvvəl oğlunun azadlığa buraxılması tələbi ilə “bir nəfərlik aksiya”ya başlayıb və bir neçə dəfə parlament binasının arxasında çadır qurmağa cəhd edib, lakin hüquq-mühafizə orqanları buna icazə verməyib. İyunun 1-də, növbəti cəhd zamanı o, polis əməkdaşının tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs edilib.

Bu, polis tərəfindən çadırların qurulmasına mane olmaqla dinc nümayişçilərin ifadə azadlığını məhdudlaşdırıldığı ilk hal deyil. Eyni hal bir ay əvvəl, axondroplaziya diaqnozu qoyulmuş uşaqların anaları hökumət administrasiyası qarşısında 24 saatlıq etiraz aksiyası keçirərək, dərmana maliyyə ayrılmasını tələb edərkən də baş vermişdi.

Mövcud qanunvericiliyə əsasən, çadır qurmaq hüququ, əgər o, yolu kəsir, binanın girişini bağlayır və ya müəssisənin fəaliyyətini yubandırırsa, məhdudlaşdırıla bilər. Daxili İşlər Nazirliyinin əməkdaşlarının hərəkətləri Gürcüstanın məhkəmə praktikası ilə də ziddiyət təşkil edir. Apellyasiya Məhkəməsi işlərdən biri ilə bağlı çıxardığı qərarda izah edir ki, Gürcüstan Konstitusiyası şəxsə öz mülahizəsinə uyğun olaraq ifadə formasını, vasitələrini və yerini seçmək imkanı verir, çadır qurmaq isə ifadə formalarından biridir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur