Parlament seçkiləri öncəsi hökumət koronavirus pandemiyası zamanı mövcud qaydaların pozulmasına görə tətbiq edilən cərimələrin silinməsini nəzərdə tutan qanunvericilik təşəbbüsünü parlamentə təqdim edəcək. 1855 fiziki və 38 hüquqi şəxs cərimələrdən azad ediləcək. Vəsaitin ümumi həcmi 5 milyon 596 min lari təşkil edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Pandemiya dövrünün keçməsi və bu qaydaların praktiki olaraq mənasını və funksiyasını itirməsi fonunda dövlət tərəfindən belə bir güzəştin nəzərdə tutulması aktualdır. Hesab edirəm ki, bu, hər cəhətdən haqlıdır”, - deyə Səhiyyə və Sosial Müdafiə Naziri Mixeil Sarjveladze hökumətin iclasından sonra bildirib.
Hökumət qanun layihəsinə sürətləndirilmiş şəkildə baxılmasını tələb edir.
Mayın 29-da parlament artıq Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib, nəticədə fiziki şəxslərin vergi borcları və 2021-ci ilin yanvarın 1-dək hesablanmış vergilər silinəcək. Dəyişiklik 145 842 vergi ödəyicisinə təsir edəcək və silinən ümumi məbləğ təxminən 591 458 571 lari təşkil edir.
“Gürcü Arzusu” hökuməti borcları 2018-ci il prezident seçkiləri ilə bağlı da silib. İkinci turdan əvvəl banklar, onlayn kredit təşkilatları və ya müxtəlif maliyyə qurumları qarşısında maliyyə öhdəliyi olan 600 min vətəndaşa söz verilib ki, onları qara siyahıdan çıxarıb, borclarını siləcəklər.
Gürcüstanın parlament seçkiləri 2024-cü ilin oktyabrın 26-da keçiriləcək.