Jurnalistlərin Müdafiəsi Komitəsi (CPJ) və daha on nüfuzlu insan haqları təşkilatı Gürcüstan prezidenti Salome Zurabişvilini “Mtavari Arxi” teleşirkətinin direktoru Nika Qvaramiyanı həbsdən dərhal və qeyd-şərtsiz azad etmək üçün öz icra səlahiyyətlərindən istifadə etməyə çağırır”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Salome Zurabişviliyə ünvanlanmış məktubda beynəlxalq insan haqları və mətbuat azadlığı təşkilatları gürcü xalqını xarici agentlər haqqında qanun layihələrinin uğurla geri götürülməsinə müvəffəq olmaları münasibətilə təbrik edir, Zurabişvilinin qanun layihəsini pisləməsini və demokratik dəyərləri dəstəkləməsini alqışlayır.
“Bu gün sizə yazmağımın səbəbi odur ki, jurnalist Nika Qvaramiyanı həbsdən azad etmək üçün səlahiyyətinizdən istifadə edərək bir daha mətbuat azadlığı üçün olduqca mühüm mövqe tutmağınızı xahiş edim... Gürcüstanın beynəlxalq nüfuzunu qorumağa sadiq olan bir şəxs kimi, siz etiraf edirsiniz ki, jurnalistin qisas məqsədi ilə həbsi ölkəniz üçün narahatedici dönüş nöqtəsidir. 1992-ci ildən Jurnalistləri Müdafiə Komitəsi həbsdə olan jurnalistlərlə bağlı məlumatları toplamağa başladıqdan bu yana, Gürcüstanda bir dənə də olsun jurnalist dəmir barmaqlıqlar arxasında müşahidə olunmayıb. Gürcüstanı postsovet Avrasiyanın repressiv, avtoritar dövlətləri ilə eyni sıraya salan Qvaramiyanın həbsi ölkənizin reputasiyasına xələl gətirir”, - Gürcüstan prezidentinə məktubda deyilir.
Təşkilatlar qeyd edirlər ki, Salome Zurabişvili prezident kimi daim bəyan edir ki, Avrointeqrasiya gürcü xalqının seçimidir və Qvaramiyanın azadlığa buraxılması bu Avropa istəklərinin həyata keçirilməsi, eləcə də Gürcüstanın demokratik gələcəyinin möhkəmlənməsi üçün mühüm addım olardı.
Məktubu Jurnalistlərin Müdafiəsi Komitəsi ilə yanaşı, tanınmış və mötəbər qurumlar da imzalayır: Maddə 19; Avropa Jurnalistləri Assosiasiyası (AEJ); Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF); Avropa Jurnalistlər Federasiyası (EFJ); Human Rights Watch (HRW); Jurnalist Ədalət Fondu; Senzura İndeksi; Beynəlxalq Mətbuat İnstitutu (BMİ); Beynəlxalq Pen Klubu (PEN International); Sərhədsiz Reportyorlar (RSF).
Mayın 16-da “Mtavari Arxi” teleşirkətinin təsisçisi və baş direktoru Nika Qvaramiyanın həbsdə olmasının bir ili tamam olur. 2022-ci il noyabrın 2-də Tbilisi Apellyasiya Məhkəməsi kollegiyası Qvaramiyanın təqsirləndirilməsinə dair hökmü cəza baxımından dəyişməz qoyub və onu 3,6 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qismən dəyişdirib. Xüsusilə, Nika Qvaramiya “Rustavi 2” şirkətinə məxsus avtomobildən şəxsi məqsədlər üçün istifadə etdiyinə görə (vəzifə səlahiyyətlərindən sui-istifadə) həbs edilib, çünki Tbilisi Şəhər Məhkəməsi 16 may 2022-ci il tarixli hökmü ilə ona ittihamın ikinci epizodu üzrə “Rustavi 2”yə 6 763 509 lari ziyan vurulması hissəsində yalnız 50.000 lari cərimə tətbiq edib. Apellyasiya Məhkəməsi ona, bu epizoda görə də həbs qəti-imkan tədbiri seçib.
Bu yaxınlarda Gürcüstan prezidenti Nika Qvaramiyanın əfv olunması ilə bağlı bildirib ki, ona qarşı şəxsi incikliyi yoxdur və bu məsələ açıqdır. Bundan əlavə, Salome Zurabişvili qeyd edib ki, əfv prezidentin öz hüququdur və “bu, azad qərar olmalıdır”.