Dağıstanda niqab taxmaq müvəqqəti olaraq qadağan edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Dağıstan qubernatoru müsəlman qadınların gözdən başqa bütün üzü örtən və adətən uzun paltarla geyindiyi niqabı müvəqqəti olaraq qadağan edib. Müftiliyin sözlərinə görə, məhdudiyyət “müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni fətva qəbul olunana qədər” davam edəcək.

Bu qərarın əsasını Milli Siyasət və Dini Məsələlər Nazirliyinin müraciəti təşkil edib, burada Müftiliyin dediyi kimi, söhbət Dağıstan əhalisinin təhlükəsizliyinə yaranan mövcud təhlükələrdən gedir.

Qadağa elan edilməzdən əvvəl bildirilmişdi ki, Ali Məhkəmənin Fətvalar (Dini Hökmlər) Şöbəsi niqabın qadağasını təsdiqləmək üçün kifayət qədər dəlil tapmasa da, “xarici amillər” səbəbindən yerli qadağaların tətbiqinə icazə verib.

“BBC”-nin rus xidmətinin məlumatına görə, Rusiyada bu mövzu ilə bağlı müzakirələr Dağıstanda baş verən terror aktından sonra daha da aktivləşib. İyunun 23-də bir neçə silahlı şəxs Mahaçqala və Dərbənddə kilsə və sinaqoqlara hücum edib. Terror aktı nəticəsində 17-si hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla 22 nəfər həlak olub. Anonim “Telegram” kanalları vasitəsilə elə məlumatlar yayılıb ki, guya öldürülən terrorçulardan birinin yanında niqab olub və hücumdan sonra qaçarkən taxmağa hazırlaşırmış.

Hücumdan sonra Dərbənddə sinaqoq

Dağıstanın rəhbəri də niqab taxmağın əleyhinə çıxıb. Sergey Melikovun sözlərinə görə, bu geyimlər təhlükəlidir, çünki kişilər onların arxasında gizlənə bilirlər, qadınlar isə qadağan olunmuş əşyaları daşıya bilirlər.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikin niqab taxmağın qadağan edilməsinin tərəfdarıdır. “Mən sizinlə razıyam, biz bütün bunları dərhal qadağan etməliyik”, - deyə Bastrikin Sankt-Peterburqda hüquq forumunda çıxış edən çıxışçıya deyib və bundan əvvəl o bildirib ki, bəzi mərkəzi asuya ölkələrinin hökümətləri niqabı qadağan edib, buna görə də, miqrantlar Rusiyaya keçib, onu orada geyinirlər. Aleksandr Bastrıkin Dağıstandakı hücumların “islamçılar, terrorçular” tərəfindən törədildiyini bildirib.

“Onlar ərazimizə islami terrorunun bayrağını da gətirə bildilər. Ona görə də Dövlət Duması bu hadisəyə dərhal reaksiya verməlidir”, - Bastrikin bildirib. Çeçenistan rəhbəri Ramzan Kadırov ona cavab verib və “islamçı” və “terrorçu” mənalarını eyniləşdirməkdə “son dərəcə diqqətli” olmağa çağırıb. Kadırovun sözlərinə görə, “müsəlmanlar terror aktı törətməyiblər və törətmirlər”.

Niqab taxmaq ondan çox ölkədə, o cümlədən Fransa, Belçika və Danimarkada qanunla qadağan edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur