Darçiaşvilinin sözlərinə görə, hökumət Putinin qərarını humanitar nöqteyi-nəzərdən görür

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Xarici işlər naziri İliya Darçiaşvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı bugünkü qərarını təqdir edir. Onun sözlərinə görə, Rusiyada yaşayan Gürcüstan vətəndaşları üçün bu addım mühüm yaşayış problemlərinin həlli ilə əlaqəlidir.

“Humanitar baxımdan məsələyə, bu məsələnin hökumətimizin gözündən necə göründüyünə gəlincə: biz dəfələrlə demişik və həmişə danışırıq ki, xaricdə yaşayan vətəndaşlarımız hər zaman, o cümlədən bu halda da bizim qayğı obyektimizdir. Birmənalı şəkildə demək istəyirəm ki, bir milyondan çox vətəndaşımız Rusiya Federasiyasında yaşayır və onların Gürcüstanda yaşayan qohumları və dostları ilə çox sıx əlaqələri var.

Məhz humanitar prizmadan görünən bu qərar istənilən məsuliyyətli hökumət üçün təqdirəlayiqdir; vətəndaşlarımızın yaşayış şəraitini asanlaşdıracaq və onların bir-biri ilə ünsiyyət qurmasına, səyahət etməsinə və sözügedən qərarla qarşılıqlı əlaqədə olmalarına imkan verəcək. Bu, məhz bu kontekstdə və bu nöqteyi nəzərdən görünəndir”, - Darçiaşvili bildirib.

Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsinin bərpası ilə bağlı xarici işlər naziri qeyd edib ki, Gürcüstan beynəlxalq sanksiyalar və bu məsələrlə bağlı beynəlxalq ictimaiyyətin yanaşmalarına sadiq qalır.

Moskvanın bu addımı Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinə təsir edir, yoxsa yox sualına İliya Darçiaşvili cavab olaraq bildirib ki, bütün məsələləri 12 bəndlik tövsiyə ilə əlaqələndirmək düzgün deyil: “Bizim dostumuz və tərəfdaşımız Moldova Avropa İttifaqı üzvlüyünə namizəd statusa malikdirsə və bu halda heç bir sual işarəsi yoxdursa, bu, Gürcüstanla bağlı niyə sualaltına alına bilər? Bu qəbuledilməzdir. Gürcüstan Avropaya inteqrasiya siyasətini aydın, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirir”.

Bu gün, mayın 10-da Vladimir Putin iki sərəncam verib. Birincisi, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini, ikincisi isə Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsinin bərpasını nəzərdə tutur. Rusiya 2000-ci ildən Gürcüstan vətəndaşları üçün viza rejimi tətbiq edib, 2019-cu ilin iyul ayından isə birbaşa uçuşlar qadağan edilib, bundan əvvəl Rusiya Dumasının deputatı Sergey Qavrilovun səfəri ilə bağlı Tbilisidə etiraz çıxışları olub.

Gürcüstan-Rusiya arasında üç il əvvəl dayandırılmış hava əlaqəsinin bərpası məsələsi 2023-cü ilin yanvarında, Rusiya xarici işlər naziri Sergey Lavrovun Gürcüstan hakimiyyətini “cəsarətinə” görə ictimai şəkildə tərifləməsinidən sonra xüsusilə aktuallaşdı. Onun sözlərinə görə, Qərbin təzyiqlərinə baxmayaraq, Gürcüstan Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmur və “münasibətlərin fəal şəkildə inkişaf etməsinə” sevinir. Lavrov daha sonra birbaşa hava nəqliyyatının tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

Gürcüstan prezidentinin hava hərəkətinin bərpası və viza rejiminin ləğvi ilə bağlı hökumətdən fərqli mövqeyi var. Salome Zurabişvili bildirir ki, Rusiya bütün dünya üçün təcavüzkar və Gürcüstan ərazilərinin işğalçısı olduğu müddətcə, belə bir jest vaxtsız və qəbuledilməzdir. O, Putinin qərarını Gürcüstan hökumətini böyük problem qarşısında qoyacaq olan növbəti rus təxribatı adlandırıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur