Davit Katsarava və Lazare Qriqoriadisi parlamentin yaxınlığında keçirilən aksiyada saxlanılıblar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentin yaxınlığında kütləvi şəkildə səfərbər olan Daxili İşlər Nazirliyinin əməkdaşları rus qanununa etiraz edən aksiya iştirakçılarını saxlayırlar. Saxlanılanlar arasında anti-işğal hərəkatının yaradıcısı Davit Katsarava və bir müddət əvvəl həbsdən çıxan Lazare Qriqoriadis də var.

Davit Katsarava xüsusi təyinatlıların kordonundan bir neçə metr aralıda dayanıb, iddiaya görə, açıqlama verərkən bir neçə robokop onun yanına gəlib və onu saxlayıb. Bütün bunları çəkən vətəndaşın üzünə bibər qazı vurublar.

Teleaparıcı Nanuka Jorjoliani Lazare Qriqoriadisin həbsinin şahidi olduğunu deyir:

"Gördülər ki, Lazare ən zərərsiz, ən sakit şəkildə dayanmışdı - hamı zərərsizdi, amma kimsə çığırdı - çıxıb Lazarenin əlindən tutub sürüyüb apardılar. Kimi tutub içəri soxacaqlarınl dəqiq bilirdilər”.

Lazare Qriqoriadisin həbsini anası da təsdiqləyir.

Daxili İşlər Nazirliyi hələlik neçə nəfərin və hansı əsaslarla saxlanıldığı barədə məlumat yaymayıb.

Rus qanunu üçüncü oxunuşda qəbul edildikdən sonra parlament qarşısında dinc nümayiş dağıdılmaya başlanılıb. Rustaveli prospektində Daxili İşlər Nazirliyinin müxtəlif bölmələri ilə yanaşı, su reaktiv maşınları da yerləşdirilib.

Daxili İşlər Nazirliyinin bəyanatına görə, aksiya “toplaşma və nümayiş haqqında” qanunla müəyyən edilmiş normaları aşaraq “zorakı xarakter alıb”. Agentlik buna misal olaraq parlament binasının yaxınlığında yerləşən dəmir bəndin zədələnməsini göstərir.

"İctimai asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə olunub", - Daxili İşlər Nazirliyi bəyan edir və mitinq iştirakçılarına səslənir ki, "Polisin qanuni göstərişlərinə tabe olsunlar, vəziyyətin süni şəkildə gərginləşməsinə imkan verməsinlər, əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edəcəklər".

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur