Ukraynada müharibə başladıqdan sonra sanksiyaya məruz qalan rusiyalı oliqarx Vladimir Yevtuşenkovun müttəfiqi Davit Xidaşeli 2020-ci ildən 2024-cü ilin fevralın 9-dək Gürcüstanın müdafiə nazirinin müşaviri vəzifəsində çalışıb. Bu dövrdə müdafiə nazirləri İrakli Ğaribaşvili və Cuanşer Burçuladze olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İrakli Ğaribaşvili 2019-cu ilin sentyabrından müdafiə naziri vəzifəsini tuturdu. O baş nazir təyin edildikdən sonra müdafiə naziri vəzifəsini Cuanşer Burçuladze tutub.
“Davit Xidaşelinin Müdafiə Nazirliyində müdafiə nazirinin müşaviri işləməsi ilə bağlı KİV-də yayılan məlumatlara gəlincə, ictimaiyyətə dolğun məlumat vermək üçün aşağıdakılara aydınlıq gətirmək istərdik: 2020-ci ildən 2024-cü ilin fevralın 9-dək Davit Xidaşeli Müdafiə Nazirliyində müşavir vəzifəsində çalışıb. Mövcud müdafiə nazirinin səlahiyyətləri dayandırıldıqdan sonra qanunvericiliyə uyğun olaraq Gürcüstanın “Dövlət qulluğu haqqında” qanununun 81-ci maddəsinin 2-ci bəndinə əsasən Davit Xidaşeli ilə inzibati müqaviləyə xitam verilib və o, artıq Müdafiə Nazirliyində işləmir”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qurum qeyd edir ki, Davit Xidaşelinin Müdafiə Nazirliyində işlədiyi müddətdə dövlət sirri ilə bağlı məlumatlara çıxışı olmayıb.
Qanunvericiliyə görə, nazir istefa verəndə onun müşavirləri avtomatik olaraq işdən çıxarılır. Müvafiq olaraq, Xidaşelini müşavir olaraq əvvəlcə Ğaribaşvili, sonra isə Burçuladze təyin edib.
Gürcüstan hökumətinin 20 aprel 2015-ci il tarixli 176 nömrəli sərəncamına əsasən, diplomatik pasportlar aşağıdakılara verilir: müvafiq qurumun təqdimatı əsasında Gürcüstan Müdafiə Nazirliyinin 15-dən çox olmayan əməkdaşına və onun sistemində mövcud olan hüquqi şəxslərə. Həmin sərəncama əsasən, Gürcüstan Xarici İşlər Nazirliyi diplomatik pasport verir.
Davit Xidaşelinin Gürcüstan diplomatik pasportu olub ya yox?- Müdafiə və Xarici İşlər nazirlikləri bu sualı şərh etmirlər.
Davit Xidaşeli 2007-2014-cü illərdə Rusiyanın “Sistem” korporasiyasının vitse-prezidenti olub. “Sistem” Krımın ilhaqını dəstəkləyən böyük bir konqlomeratdır. Buraya 2021-ci ildən hərbi pilotsuz təyyarələr istehsal edən və Rusiya Müdafiə Nazirliyinə xidmət edən “Krondşadt” şirkəti daxildir.
“Sistem”in sahibi Ukraynada müharibə başladıqdan sonra Böyük Britaniya, Avstraliya, Ukrayna, Yeni Zelandiya tərəfindən sanksiya tətbiq edilən Vladimir Yevtuşenkovdur . Yevtuşenkov Putinin ən yaxın ətrafının nümayəndəsidir. 2023-cü ilin noyabrında məlum olub ki, “Sistem” Amerika Birləşmiş Ştatları tərəfindən də sanksiyaya məruz qalıb. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bəyanatında “Sistem” Rusiyanın ən böyük ictimai şaxələndirilmiş holdinq şirkətlərindən biri kimi qeyd olunur.
Yevtuşenkovla Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili arasında yaxın münasibət var. 2022-ci ildə internetdə yayılan gizli səs yazısına əsasən, Davit Xidaşeli Yevtuşenkovla İvanişvili arasında “xəbərçi” olub.
Xidaşeli “kartoqraflar” işinin (Davit Qareji işi) əsas fiqurdur.