Rusiyalı oliqarxın müttəfiqi Davit Xidaşeli Gürcüstanın Müdafiə Nazirinin müşaviri olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze sanksiyaya məruz qalan rusiyalı oliqarx Vladimir Evtuşenkovun müttəfiqi Davit Xidaşelinin onun müşaviri olunduğunu təsdiqləyib. Ola bilsin ki, Xidaşelinin məxfi məlumatlara çıxışı olub.

Bu mövzu haqqında - Davit Xidaşeli Müdafiə Nazirliyində Ğaribaşvili və Burçuladzenin müşaviri olaraq işləyib

“Davit Xidaşeli bir müddət mənim müşavirim olub. Bilirsiniz ki, biz Davit Qarecinin işi ilə məşğul idik, Davit də bu məsələ ilə məşğul idi və sırf bu məsələ ilə bağlı ona nəsə lazım olsa, ondan xahiş edirdik”, - Cuanşer Burçuladze “Mtavari Arxi”yə bildirib.

Xidaşeli hələ də müdafiə nazirinin müşaviri kimi çalışırmı sualına Burçuladze deyib ki, “yəqin ki, bu gün çalışmır”.

“Mtavari”nin məlumatına görə, onların əldə etdikləri sənədə əsasən, Xidaşeli ilə inzibati müqavilə bağlanıb və onun aylıq maaşı 1000 lari olub.

Müdafiə Nazirliyi izahat verib ki, Davit Xidaşeli hazırda qurumda işləmir.

Xidaşeli “Mtavari Arxi”yə deyib ki, o, Davit Qarecinin sərhədlərinin müəyyənləşdirilməsi məsələsində Gürcüstan hakimiyyəti ilə məsləhətləşmələr aparıb, lakin, o, heç vaxt bunun üçün maaş almayıb.

Davit Xidaşeli 2007-2014-cü illərdə Rusiyanın “Sistem” korporasiyasının vitse-prezidenti olub. “Sistem” Krımın ilhaqını dəstəkləyən böyük bir konqlomeratdır. Buraya 2021-ci ildən hərbi pilotsuz təyyarələr istehsal edən və Rusiya Müdafiə Nazirliyinə xidmət edən “Krondşadt” şirkəti daxildir.

“Sistem”in sahibi Vladimir Yevtuşenkovdur - O, Ukraynada müharibə başladıqdan sonra Böyük Britaniya, Avstraliya, Ukrayna, Yeni Zelandiya tərəfindən sanksiyaya məruz qalıb. Yevtuşenkov Putinin ən yaxın ətrafından olan biridir. 2023-cü ilin noyabrında məlum olub ki, “Sistem” Amerika Birləşmiş Ştatları tərəfindən sanksiya olub. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bəyanatında “Sistem” Rusiyanın ən böyük ictimai baxımdan şaxələndirilmiş holdinq şirkətlərindən biri kimi qeyd olunur.

Vladimir Yevtuşenkov və Vladimir Putin, 2009-cu il

Yevtuşenkovla Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili arasında yaxın münasibət var. 2022-ci ildə internetdə yayılan gizli səs yazısına əsasən, Davit Xidaşeli Yevtuşenkovla İvanişvili arasında “xəbərçi” olub.

Xidaşeli “kartoqraflar” işinin əsas fiqurdur. Xidaşeli Rusiyadan Gürcüstan Prokurorluğunun Davit Qareci ilə bağlı bütün ittihamı əsaslandırdığı xəritəni gətirib. Bu “xidmətinə” görə o, İvanişvilinin təşəkkürünü də alıb.

“Gürcü Arzusu”nun “#QareciGürcüstandır”ın 2020-ci ildəki seçki kampaniyası Davit Qarecinin işi üzərində qurulub. Hökumət Dövlət Sərhədinin Delimitasiyası və Demarkasiyası Komissiyasının keçmiş üzvləri İveri Melaşvili və Natalia İliçovanı həbs edib. Onlar iddia edirdilər ki, əvvəlki hökumətdən alınan göstərişə əsasən, sərhədin Davit Qareci ilə bitişik hissəsi Gürcüstanın maraqlarına zidd şəkildə razılaşdırılıb, buna görə də Qareci abidə və monastır kompleksinin bir hissəsi Azərbaycanın tərəfdə qalıb. Baş nazir İrakli Ğaribaşvili həbs edilən kartoqrafları vətənə xəyanətdə günahlandırıb və bildirib ki, əraziləri başqalarına verən və antimilli cinayətlər törədən “Milli Hərəkat” ləğv edilməlidir.

2022-ci ilin aprelində Gürcüstan hökuməti Rusiya sərhədi və Rusiyanın işğalı altında olan Tsxinvali bölgəsi yaxınlığındakı Raça və Kvemo Svaneti bölgələrində 104 712 hektar meşə sahəsini 49 il müddətinə Davit Xidaşelinin şirkətinə verib. 2023-cü ilin noyabr ayında hökümət qanun pozuntusunun ifşa olunması, məhkəmə mübahisələri və uzun müddətli etirazlardan sonra bu qərarı ləğv edib. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur