“Əlaqə saxlamaq mənim üçün çox çətin olsa da, daxili işlər nazirindən bu gün toyun ikinci hissəsini keçirəcək olan o ailənin, adamların getdiyi barədə söz aldım. Ona görə də toy bu gün baş tutmayacaq. Bu, cəmiyyətin qələbəsidir, necə ki, Qavrilov bu ölkədən getmişdi, lakin bu bir hadisədir və problemi həll etmir”, - Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya XİN rəhbəri Sergey Lavrovun qohumlarının bu gün Kvarelidə baş tutmalı olan toyu ilə bağlı deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bugünkü brifinqdə Salome Zurabişvili hökuməti sanksiyaya məruz qalan şəxslərin siyahılarına rəhbərlik etməyə və sərhədləri qorumağa çağırıb:
“Hamımızın öz öhdəlik payımız var. Cəmiyyət hər şeyi edir və dediyim kimi, cəmiyyətin nailiyyətidir ki, bu gün bu insanlar getdi, lakin cəmiyyət bundan artığını edə bilməz. Mənim də öhdəliyim var, o da ki, ölkənin keşiyində durmaq, məndən qalan sözü hər zaman harda lazımdırsa, işlətməkdir - bu gün burada, sabah Brüsseldə və harada lazımdırsa, bu ölkəni öz yerində, məxsus olduğu yerdə saxlamaq lazımdır.
Aydındır ki, hökumətin üzərinə çox böyük məsuliyyət düşür. İlk növbədə, sərhədin qorunması təmin edilməlidir.
Nə deməkdir ki, kimin daxil olduğunu bilmirdik? Nə deməkdir ki, Putinin çevrəsindən sanksiya olunmuş, həm də ən yüksək vəzifəli məmurun qızı birbaşa ölkəyə gəlir və bunun necə baş verdiyini bilmirik? Dünən guya, Saakaşvilinin daxil olduğunu bilmirdilər, bu gün bilmirlər ki, sanksiya olunmuş ruslar istədikləri kimi daxil olublar.
Mən hökuməti tərəfdaş ölkələrinin sanksiyaya məruz qalan şəxslərin kim olduğunu müəyyən edən siyahılarını tez bir zamanda əldə etmələrini və bu sərhəddə bu siyahılarla rəhbərlik etməyə çağırıram ki, sanksiyaya məruz qalan heç kim ölkəyə daxil olmasın. Bu, geosiyasi vəziyyətindən irəli gələrək təhdid altında olan və daha qorunmağa ehtiyacı olan bu ölkənin, daha uzaqda və daha çox qorunan Avropa ölkələrindən daha çox qorunması üçün minimum müdafiəsidir”, - Zurabişvili bildirib.
Mətbuatda Rusiya Federasiyası Xarici İşlər Nazirinin kürəkəni, Vladimir Putinə yaxın biznesmen Aleksandr Vinokurovun qardaşı Moşe Vinokurovun toy keçirmək üçün Gürcüstana gəldiyi barədə məlumat dünən axşam saatlarında yayılıb.
Moşe Vinokurov və Diana Axmadişina mayın 19-da Tbilisidə vətəndaş nikahı bağlayıblar, bunu yeni evlənən cütlüyün sosial şəbəkələrdə yayımladığı fotolar da təsdiqləyir. Bundan sonra onlar qonaqları ilə birlikdə Kaxetiyə yollanıb, burada iki oteldə - Kvarelidəki “Kvareli Lake Resort” və Qurcaani rayonunun Axaşen kəndindəki “Akhasheni Wine Resort & Spa” otellərinə yerləşiblər. Yayılan məlumata görə, Moşe Vinokurovun qardaşı, Putinə yaxın biznesmen, Aleksandr Vinokurov və onun həyat yoldaşı Yekaterina Vinokurova (qızlıq soyadı - Lavrova) Kaxetidə olub. Onların hər ikisi Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Avropa Birliyi, Böyük Britaniya və bir sıra digər dövlətlər tərəfindən sanksiyaya məruz qalıb. Gürcüstanın nə Daxili İşlər Nazirliyi, nə də Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirməyib.
Lavrovun ailə üzvlərinin Gürcüstana daxil olmasına mülki fəallar və müxalif siyasətçilər Kvarelidəki mehmanxana-kompleksi yaxınlığınd etiraz ediblər. Daxili İşlər Nazirliyi Xüsusi Xidmət Departamentinin və digər polis bölmələrinin yüzlərlə əməkdaşını səfərbər edib. Aksiya zamanı azı 16 nəfər saxlanılıb.