Hüquq müdafiəçisi Eduard Marikaşvili iyunun 2-nə keçən gecə Gürcüstan parlamenti binası yaxınlığında bir neçə nəfərdən ibarət aksiyada əlində boş vərəq tutub. Eyni aksiyada olan vəkil Saba Braçveli və mülki fəal Nika Romanadzenin üzərində “İrağli” yazılmış plakatları olub. Polis onların hər üçünü də saxlayıb. Saxlanılma zamanı lentə alınan videogörüntülərdə polis əməkdaşının ölkənin baş nazirini təhqir etməyə heç kimin haqqı olmadığını deməsi eşidilir. Saxlanılan hüquq müdafiəçilərinin bir neçə saat ərzində vəkillərinə zəng etmə icazəsi verilməyib. Onların hər üçü paytaxtdan bölgədəki Telavi müvəqqəti saxlama məntəqəsinə köçürülüb və yalnız maksimum 48 saatlıq inzibati həbs müddəti bitdikdən sonra sərbəst buraxılıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hüquq müdafiəçiləri və mülki fəallar iyunun 2-də parlament qarşısına polis tərəfindən üç nəfərin, o cümlədən vəkil Şota Tutberidzeni həbs edilməsindən sonra toplaşıb. Tutberidze Parlament qarşısındakı pilləkəndə oturub və ayağının yanında “İraqğli” yazısı olan plakat olub. Bu məzmunlu plakatlarla vətəndaşlar Gürcüstan hökumətinin xarici siyasətini və mayın 30-da Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda “müharibənin başlamasının səbəblərindən biri Ukraynanın NATO-ya üzv olmaq niyyətidir” deyən baş nazir İrakli Ğaribaşviliyə qarşı etirazlarını ifadə edirlər.
Polis əvvəlcə Tutberidzenin əlindən plakatı almağa çalışıb, sonra onu pilləkənlərdən zorla endirərək həbs ediblər. Cinayət protokolunda onun polislərə müqavimət göstərdiyi və onları şifahi təhqir etdiyi yazılıb. Vəkil qəbz əsasında sərbəst buraxılanadək, hüquq müdafiəçiləri parlament qarşısında aksiyaya qoşulublar.
“İrağli” - “Xoş olmayan” söz
“Mən Rustaveliyə getdim və eyni yazı olan bir vərəq götürdüm, çünki inanıram ki, biz Rusiya və ya Belarusdan daha yaxşı ölkə ola bilərik. Mənim bu hərəkətim həmyerlimə dəstək, həmrəylik aktı idi, çünki polisin bir insana qarşı zorakılığını asayişin bərpası adlandırmaq olmaz və biz bunu rahat şəkildə qarşılaya bilmərik”, - Açıq Cəmiyyət Fondunun əməkdaşı Saba Braçveli bu sözləri saxlanıldıqdan sonra təcridxanada yazıb ki, məhkəmə iclasında oxusun, ancaq inzibati həbsin maksimum müddəti, 48 saat, elə keçib ki, proses təyin edilməyib.
Saba saxlanılmasının təfərrüatlarını belə xatırlayır: “Parlament qarşısında ikən Serqi Bzişvilinin başçılığı ilə yanıma bir neçə polis gəldi və dedilər ki, plakatı onlara verim. Bunun mənim mülküm olduğunu və verməyəcəyimi dedim. O, mənə orada “xoş olmayan bir şey”in yazıldığını dedi və mən ona izah etdim ki, birincisi, bu nalayiq söz deyil və ikincisi, əgər belədirsə, bizim qanunvericiliyimiz və Strasburq qanunu ilə qorunur. Üstəlik, Strasburq hətta “Panorama, s** yox” yazısı haqqında da bildirib ki, ona görə adam saxlanıla bilməz.
Bilmirəm, cənab Serqi Strasburq, yoxsa Panorama adı çəkildiyinə görə qəzəbləndi, o zaman tabeliyində olan əməkdaşlara əmr etdi ki, məni aparsınlar, bundan sonra məni yıxdılar, ərazidən apardılar, əllərimi qandalladılar və yalnız bundan sonra o kağızı əlimdən ala bildilər”.
Saba Braçveli deyir ki, onu həbs etməyi öz üzərinə əslində onu tutmayan və ilk dəfə polis şöbəsində gördüyü polis götürüb.
Ağ vərəq
“Gürcüstanın Demokratik Təşəbbüsü” təşkilatının rəhbəri Eduard Marikaşvili hesab edir ki, saxlanmada məqsəd vətəndaşları qorxutmaqdır ki, onlar hətta əllərində boş vərəq tutmaq kimi etiraz ifadəsi formasında belə toplaşmaqdan çəkinsinlər:
“Bu hadisə Gürcüstan hökumətinin Rusiya rejimi ilə oxşarlığını çox gözəl göstərdi, o da ağ kağıza görə insanları həbs edir. Hakimiyyətin bu hərəkətləri tənqidi insanlardan qisas almaq cəhdinə çox bənzəyir və ikincisi bu qisas çərçivəsində xalqın onlara verdiyi hakimiyyətlə oynayırlar.
Hüquqşünaslar hesab edirlər ki, polis tərəfindən qəsdən, qanunsuz saxlanılma halı var ki, bu da Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətdir və beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə və ya üç ilə qədər müddətə vəzifə tutma və ya işləmək hüququndan məhrum etmə ilə cəzalandırılır. Həmçinin heç bir əsas olmadan həbs müddətinin 48 saata qədər uzadılması da qanunsuz sayılır.
İyunun 2-də keçirilən aksiyada ümumilikdə 7 nəfər həbs edilib. Xüsusi İstintaq Xidməti Daxili İşlər Nazirliyinin əməkdaşlarının törətdikləri mümkün cinayətlərlə bağlı araşdırmalara indiyədək başlamayıb.
Strasburq Məhkəməsinin Gürcüstana qarşı qərarı
Avropa İnsan Haqları Məhkəməsi plakatların, o cümlədən ədəbsiz şüarların məzmununa görə etirazçıların həbsini sərbəst toplaşmaq və birləşmək hüququnun pozulması kimi qiymətləndirib. Gürcüstanla bağlı son qərarlardan biri altı ay əvvəl, 2022-ci il dekabrın 15-də alınıb.
“Peradze və başqaları Gürcüstana qarşı” işi 2015-ci ilin iyulunda oliqarx Bidzina İvanişvilinin “Panorama Tbilisi” layihəsinə qarşı keçirilən etiraz aksiyasında “Panorama, s** yox!” yazılmış plakat tutan “Partizan Bağban” Nata Peradze və daha altı fəalın həbsinə aiddir. Plakatların birinin yazısı keçmiş baş nazir Bidzina İvanişviliyə ünvanlanmışdı.
Strasburqun qərarına əsasən, videolarda saxlanılanlardan heç birinin şüar səsləndirdiyi və ya polisin əmrinə tabe olmadığı görülməyib, lakin Tbilisi Şəhər Məhkəməsi onların 7-sini də xəbərsiz şüarlar yazılmış pankartları asaraq ictimai asayişi pozmaqda təqsirli bilib və onların hər birini cərimələyib. Gürcüstan məhkəməsi izah edib ki, istifadə edilən şüar gürcü cəmiyyətində “xüsusilə təhqiramizdir” və “heç bir siyasi, mədəni, təhsil və elmi dəyərə malik deyil”. Şəhər məhkəməsinin qərarını Apellyasiaya məhkəməsi də qüvvədə saxlanılıb.
Avropa Məhkəməsi izah edib ki, sərbəst toplaşmaq hüququ demokratik cəmiyyətin əsaslarından biridir və hər hansı məhdudiyyətin zəruriliyi inandırıcı şəkildə müəyyən edilməlidir.
“Panorama, s** yox!” plakatlarının məzmununa gəlincə, Avropa Məhkəməsi milli məhkəmələrin qiymətləndirməsini nəzərə alıb, istifadə edilən jarqon vulqar sözün gürcü dilində “tamamilə ədəbsizlik” və “xüsusilə təhqiredici” söz olduğunu bildirib lakin, o hesab edib ki, milli məhkəmələr mübahisəli bəyanatın vulqar xarakterini kontekstindən, aşkar məqsəddən həddən artıq ayırıb və yalnız formaya diqqət yetiriblər.
“Onlar etiraf etməlidirlər ki, 10-cu maddə [ifadə azadlığı] təkcə müsbət qəbul edilən və ya təhqiredici və ya biganə sayılan məlumat və ideyalara deyil, həm də əhalinin hər hansı bir hissəsini təhqir edən və ya narahat edən məlumatlara və ideyalara da şamil edilir”.
Mübahisəli təhqiramiz ifadənin heç bir şəxsə və ya quruma qarşı yönəlmiş olmaması da vacibdir, ona görə də bu, konkret nəyəsə qarşı təhqir və ya əsassız qarayaxma sayıla bilməz”, - məhkəmə qeyd edib.
Strasburq Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin [Sərbəst toplaşmaq və birləşmək azadlığı] 10-cu maddəsi [İfadə azadlığı] ilə birlikdə pozulma halını müəyyən edib. Məhkəmə hesab edir ki, ifadəyə qarşı sanksiyaların tətbiqi, hər nə qədər yumşaq da olsa, ifadə azadlığına arzuolunmaz təsir göstərə bilər.