“Xarici təsir agentləri” haqqında rus qanunun qəbulunu dəstəkləməyən parlament çoxluğunun üzvləri Vladimir Çaçibaia, Giorgi Xelaşvili və Nino İobaşvili mandatlarını tərk edirlər. “İmedi” teleşirkətinin məlumatına görə, Vladimir Çaçibaia və Nino İbaşvili baş nazir İrakli Qaribaşvilinin müşaviri, Giorgi Xelaşvili isə parlament sədrinin müşaviri vəzifəsinə təyin olunacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Komandamızın rəhbərləri dedilər ki, müəyyən kadr dəyişiklikləri olacaq. Bizim üç həmkarımız da layiqli şəxsiyyətlərdir. Onlar bundan sonra ölkəyə və komandaya xidməti müxtəlif vəzifələrdə davam etdirəcəklər. Ən əsası odur ki, komandamız birdir, birlikdə biz bundan sonra da ölkənin və vətəndaşların rifahı, təhlükəsizliyi üçün qayğı göstərməyə və çalışmağa davam edəcəyik”, - parlamentin üzvü İonatamişvili deyir.
“Gürcü Arzusu”nun proporsional siyahısına əsasən, parlamentdə Vladimir Çaçibaia, Giorgi Xelaşvili və Nino İobaşvilini Tornike Ceişvili, Merab Kvaraia və Salome Kurasbediani əvəz edəcək.
Tornike Ceişvili 2021-ci ilin aprelindən Gürcüstanın ədliyyə nazirinin müavini vəzifəsini icra edir. Merab Kvaraia 2016-2020-ci il çağırış parlamentində "Gürcü Arzusuı"ndan Zuqdidinin majoritar deputatı olub. Salome Kurasbediani isə parlamentin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsi Aparatının rəhbəridir.
“Gürcü Arzusu” martın 7-də, 76 səslə maliyyə cəhətdən hökumətdən müstəqil olan qeyri-hökumət təşkilatlarını və media qurumlarını xarici təsir agentləri elan edən “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci dinləmədə qəbul edib. “Gürcü Arzusu”nun deputatları İrakli Kovzanadze, Vladimir Çaçibaia, Nino İobaşvili, Davit Serqenko, Qiorqi Xelaşvili, Elquca Qotsiridze, İrakli Medzmariaşvili və Ketevan Dumbadze qanun layihəsini dəstəkləməyiblər. Səsvermədən bir neçə saat sonra Ketevan Dumbadze və İrakli Medzmariaşvili qanun layihəsini dəstəklədiklərini, lakin texniki səhvə görə onların səslərinin düzgün əks olunmadığını bildiriblər. İrakli Kovzanadze, Elquca Qotsiridze və Nino İobaşvili iclasda iştirak etməyiblər.
Parlament çoxluğunun üzvü, Qurcaani, Siğnaği, Dedoplistskaro və Saqareco rayonlarının majoritar deputatı Davit Sonğulaşvili rəsmi feysbuk səhifəsində rus qanunlarını dəstəklədiyinə görə üzr istəyib: “Mən şəxsi məsuliyyətdən qaçmayacağam və düşünürəm ki, özüm də böyük səhv etmişəm”. O, qısa müddət sonra bu bəyanatı silib. Sonğulaşvili indi deyir ki, əsas odur ki, o öz mövqeyini ifadə edib və bəyanatı niyə geri götürdüqyü “artıq vacib deyil”.
Yayılan məlumatlara görə, “Gürcü Arzusu” rus qanununun qəbuluna səs verməyən deputatlardan deputat mandatlarının tərk etmələrini tələb edib. Tezliklə Vladimir Çaçibaia bəyan etdi ki, deputat mandatını tərk etmək qərarına gəlib və bu, onun təkidli tələbidir.
Parlamenti tərk etmə ilə bağlı mediaya Davit Serqenko da şərh bildirib. Onun sözlərinə görə, bu məsələdə partiya rəhbərliyinin balanslaşdırılmış mövqeyini gözləyir.
Mandatdan imtinanı artıq İrakli Kovzanadze edib. “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze izah edib ki, Kovzanadzenin parlamenti tərk etməsinin qanun layihəsi ilə heç bir əlaqəsi yoxdur. “O, özəl sektora qayıtmaq istəyir və buna görə də bu qərarı verib. Digər yerdəyişmələrə gəlincə, əgər hər hansıa yerdəyişmə olacaqsa, bu, yalnız komanda çərçivəsində olacaq”, – Kobaxidze martın 21-də deyib.
“Gürcü arzusu” rus qanunlarını qəbul etməkdən imtinanı Rustaveli prospektində keçirilən minlərlə insanın iştirak etdity etiraz aksiyaları və misli görünməmiş beynəlxalq təzyiqlərdən sonra edib. Martın 7-9-da hakimiyyət aksiyaları gözyaşardıcı qaz, su şırnaqları və bibər qazından istifadə edərək dağıdıb.