Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, Danimarka səfiri fikrini müxtəlif şərhlərə gətirib çıxarmayacaq şəkildə formalaşdırmaq üçün kifayət qədər səriştəli olmayıb. Papuaşvili Danimarka səfiri Anne Toft Sorenseni dezinformasiya yaymaqda ittiham edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Avropa İttifaqının son tövsiyələrinə əsasən dezinformasiyaya qarşı mübarizə mühüm məsələdir. Təbii ki, istənilən dezinformasiyaya cavab vermək vacibdir. Dünən biz Danimarka səfirliyinin bütün vəziyyəti səfirin səriştəsizliyində günahlandıran bəyanatını gördük, o, öz fikrini düzgün başa düşülən şəkildə ifadə edə bilməyib.
Diplomatların səriştəsizliyinin son nəticədə Gürcüstan ictimaiyyətinin gözündə təmsil olunan ölkənin imicinə xələl gətirməsi təəssüf və peşmanşılıq doğurur. Səfirin səriştəsizliyi ilə bağlı bəyanatımla bağlı ümid edirəm ki, Danimarka səfirliyi mənim bəyanatımı müvafiq kontekstdə başa düşəcək.
Bəyanatda kontekstdə səhv başa düşülmə olduğu deyiləndə belə görünür ki, səfir öz fikrini formalaşdırmaq üçün kifayət qədər səriştəli olmayıb ki, o, müxtəlif yollarla şərh olunmasın”, – Parlament sədri Danimarka səfirinin Bidzina İvanişvilinin 90-cı illərdə Rusiyada varlanmış oliqarx kimi xatırlandığı mətbuatda dərc olunan məqaləsini şərh edib.
İvanişvilidən başqa, səfir insanların etirazına baxmayaraq “Gürcü Arzusu” tərəfindən birinci oxunuşda qəbul edilən və yalnız minlərlə etiraz, dinc nümayişçilərin amansızca dağıdılması və misli görünməmiş beynəlxalq reaksiyadan sonra ləğv edilən “xarici agentlər” haqqında rus qanuna da vurğu edir. Anne Toft Sørensen birbaşa uçuşların bərpası və Rusiya ilə ticarət əlaqlərinin artması barədə də yazır.
Bu fikrə görə danimarkalı diplomat Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat istənib. Nazirlikdən verilən məlumata görə, məqalədə “beynəlxalq ictimaiyyətin, o cümlədən danimarkalı oxucuların ölkəyə qarşı müsbət münasibətinin formalaşmasına töhfə verməyən əhəmiyyətli faktiki qeyri-dəqiqliklər və qeyri-obyektiv qiymətləndirmələr var”.
Eyni zamanda, gürcü tərəfi görüşdə vurğulayıb ki, “nəşrdən müəyyən qüvvələr tərəfindən siyasi şərhlər üçün istifadə edilmişdir ki, bu da Avropa İttifaqının ölkə üçün müəyyən etdiyi əsas vəzifənin – depolarizasiyanın səmərəli həyata keçirilməsinə mane olur”.
Danimarka səfirliyi də səfirin məqaləsi ilə bağlı açıqlama yayıb. Onların izah etdiyi kimi, məqalədən götürülmüş hissə gürcü debatlarında kontekstsiz istifadə olunur, onlar buna töhfə vermək istəmirlər və əlavə şərhlərdən çəkinirlər. Səfirliyin məlumatına görə, məqalə Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı tarixi qərardan sonra Danimarka qəzeti üçün yazılıb.