Danimarkanın Gürcüstandakı səfiri Anne Toft Sorensenin sözlərinə görə, “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili sərvətini 90-cı illərdə Rusiyada toplayan oliqarxdır. Səfir bu barədə yanvarın 10-da Danimarka qəzetlərindən birində dərc olunmuş məqaləsində yazır. Səfir Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi və ötən il ölkədə baş verən mühüm hadisələri nəzərdən keçirir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Səfir qeyd edir ki, son bir neçə ildə Gürcüstanda islahatlar ləng gedir, siyasi böhran iqtidarla müxalifət arasında dərin fikir ayrılığı və inamsızlıq doğurur.
“Sərvətini 1990-cı illərdə Rusiyada toplayan oliqarx Bidzina İvanişvilinin təsis etdiyi hakim “Gürcü Arzusu” partiyası 2012-ci ildən hakimiyyətdədir. Müxalifət Saakaşvilinin “Vahid Milli Hərəkat”ının rəhbərliyi altında davamlı olaraq parlamentin işini boykot edir və hökuməti məhkəməni siyasiləşdirməkdə, azad medianı sıxışdırmaqda və müxalifət üzvlərini təqib etməkdə ittiham edir”, - Anne Toft Sorensen yazır.
Diplomat qeyd edir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Ukrayna və Avropa İttifaqı Gürcüstan hökumətini Rusiyaya qarşı dostluq siyasəti yürütməkdə də ittiham edib.
“Onlar [hökumət] yayda Moskvaya uçuşların bərpasına mane olmadılar və Rusiyaya qarşı sanksiyalar tətbiq etmədilər. Əksinə, Rusiya ilə ticarəti artırdılar. Ukrayna və Avropa İttifaqı bu siyasəti əhalisinin 90%-nin Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyi Avropa istəkləri olan ölkə üçün “qeyri müvafiq” kimi tənqid edib.
2023-cü il mart ayında hökumətin xarici agentlər haqqında qanun layihəsinə qarşı kütləvi etirazlarlar ilə başladı, o qanunlayihəsi ki, geri götürülməsəydi, xaricdən dəstək alan vətəndaş cəmiyyəti təşkilatlarının (xarici agent kimi) qeydiyyatdan keçməsini məcburi edəcəkdi. Rusiyada da analoji qanundan vətəndaş cəmiyyəti və müxalifəti sıxışdırmaq üçün istifadə olunub”, - səfir yazır.
Bu bəyanatlara görə Gürcüstan Xarici İşlər Nazirliyi Danimarkanın səfiri Ane Toft Sorenseni izahat verməsi üçün çağırıb.
Dekabrın 30-da “Gürcü Arzusu”nun növbədənkənar qurultayında “Gürcü Arzusu”nun yaradıcısı və ölkənin keçmiş baş naziri, milyarder Bidzina İvanişvilinin yenidən siyasətə qayıdışı məlum olub. “Mən partiyanın fəxri sədri kimi öz təşəbbüsümlə yenidən siyasi həyata qayıdıram”. İvanişvili siyasətə qayıtmağın səbəbi kimi bu gün Gürcüstanın çətin sınaqlarla üzləşməsini və hökumətin kiçik bir səhvinin belə ölkəyə çox baha başa gələ biləcəyini göstərib. Onun sözlərinə görə, müxalifət tamamilə məhv olduqda iqtidar komandasında risklər, o cümlədən korrupsiya riskləri artır və o, ağırlıq mərkəzinin missiyasını yerinə yetirəcək.
“Gürcü Arzusu” nizamnaməsində dəyişikliklər edib. Yeni nizamnaməyə əsasən, siyasi şura “Gürcüstanın baş nazirinin namizədliyini partiyanın fəxri sədrinin təqdimatı üzrə təsdiq edir”.
Bidzina İvanişvili 2012-2013-cü illərdə baş nazir və partiya sədri vəzifələrində çalışıb. 20 noyabr 2013-cü ildə baş nazirlikdən istefa verib, partiya sədri vəzifəsindən istefa verib və siyasətdən getdiyini bildirib. 2018-ci il mayın 11-də İvanişvili yenidən “Gürcü Arzusu”nun sədri seçilib. 11 yanvar 2021-ci ildə o, nəhayət, siyasətdən getdiyini və “idarəçilik cilovunu tamamilə tərk etdiyini” açıqlayıb.
Siyasətdən getməsi ilə bağlı ictimai açıqlamalara baxmayaraq, İvanişvili qeyri-rəsmi idarəçilikdə ittiham olunurdu və onun adı partiyada mühüm qərarların qəbulu, o cümlədən baş nazirlərin, nazirlərin və digər yüksək rütbəli məmurların seçilməsi və təsdiqlənməsi ilə hallanırdı.