Prokurorluq Zurab Okmelaşvili və Koba Menabdişviliyə qarşı Dmanisi şəhərinin keçmiş meri Qiorqi Tatuaşvilini öldürməyə cəhddə ittiham irəli sürüb. Baş Prokurorluğun “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, hər iki təqsirləndirilən şəxs gizlənir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər keçmişdəki münaqişə zəminində öldürmək məqsədi ilə Dmanisi istiqamətində hərəkətdə olan zərərçəkmişin avtomobilini təqib edərək avtomobilin olduğu istiqamətə bir neçə dəfə atəş açıblar.
Təqsirləndirilən şəxslər istintaq orqanına gəlməkdən imtina etdiklərinə görə onlara Gürcüstan Cinayət Məcəlləsinin 19,109-cu maddəsinin “i” yarımbəndi (qrup şəklində qəsdən adam öldürməyə cəhd) və 236-cı maddəsinin 3, 4 və 5-ci hissələri (odlu silahın qanunsuz alınması və gəzdirilməsi) ilə qiyabi ittiham irəli sürülüb ki, bu da 16 ildən 20 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - prokurorluğun məlumatında deyilir.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edir.
Dmanisi şəhərinin keçmiş meri noyabrın 1-də Didi Dmanisi kəndində hücuma məruz qalıb. Qiorqi Tatuaşvilinin Tbilisidən Dmanisə getdiyi avtomobilə 5 atəş açılıb. Tatuaşvili deyib ki, bir güllə sürücünün oturacağına tuş gəlib. O, hücumu siyasi fəaliyyəti ilə əlaqələndirib və hücum edənlərin adınlarını yerindəcə çəkib. “Onlar “Gürcü Arzusu” ilə əlaqəli, hakim partiyanın seçkilər zamanı insanları qorxutmaq üçün istifadə etdiyi Zurab Okmelaşvili və Koba Menabdişvilidir”, - Tatuaşvili bildirib. Hücum edənləri Tatuaşvilinin avtomobilində quraşdırılmış videoregistrator lentə alıb.
Onun sözlərinə görə, Okmelaşvili və Menabdişvili Dövlət Təhlükəsizliyi Xidmətinin himayəsindədirlər, onlar tərəfindən zorakılıq faktları ilə bağlı dəfələrlə istintaq başlayıb, lakin onlar heç vaxt həbs olunmayıb.
Qiorqi Tatuaşvili 2017-ci ildə Dmanisi bələdiyyəsinin meri seçilib. 2020-ci ildə “Gürcü Arzusu” onu partiyadan xaric edib və buna səbəb kimi “rəqib namizədin seçki kampaniyasına dəstəyi” göstərib. 2021-ci ildə Tatuaşvili özünüidarə seçkilərində “Milli Hərəkat”dan namizəd kimi iştirak edib, lakin “Gürcü Arzusu”nun namizədi Koba Muradaşvili ona qarşı 4,16% səs fərqi ilə qalib gəlib.