Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdçülərinə həsr olunmuş gecədə Rustaveli Milli Elm Fondunun baş direktoru Teymuraz Doçviri bildirib ki, Gürcüstan dövləti Avropaya inteqrasiya yolundan “bir saniyə belə” yayınmayıb və iştirakçılardan xahiş edib ki, onlar da belə düşünürlərsə, bunu alqışlarla ifadə etsinlər. Doçvirini heç kim alqışlamayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən birmənalı şəkildə, qəti şəkildə cənab səfirə [Almaniya səfiri Peter Fişer - red.] məlumat çatdırmaq istəyirəm ki, Gürcüstan dövləti Avropaya inteqrasiya yolundan bir gün, bir saniyə belə olsun yayınmayıb”, - Doçvirinin bəyanatından sonra “Andına inanırıq, sonu bizi təəccübləndirir”, “Sizinlə razı deyilik”, “Necə cürət edirsiniz?” şüarları səsləndirilib və bundan sonra elmi fondun rəhbəri davam edib:
“Sizin öz fikriniz var. O zaman xahiş edirəm: burada Gürcüstanın gələcəyini təmsil edən gənclər var. Siz dediyim fikrləə razısınızsa, dövlət həqiqətən doğru yoldadır və bu yoldan bir saniyə belə yayınmayıbsa, alqışlayaraq, məni alqışlarla dəstəkləyin. Əgər belə düşünürsünüzsə, məni sadəcə alqışlarla dəstəkləyin”.
Heç kim alqışlamadıqdan sonra Teymuraz Doçviri birbaşa Almaniya səfiri Piter Fişere müraciət edib: “Xahiş edirəm, siz siyasi bəyanatlar verərkən bizdə dövlətin siyasi nüvəsi var ki, onunla məsləhətləşə, debatlara girə və fikrinizi bildirə bilərsiniz. Mən birmənalı olaraq hesab edirəm ki, Gürcüstan dövləti Avropaya inteqrasiya yolundan bir saniyə beləyayınmayıb. Ona görə də deyəsən sizə doğru məlumat gəlmir, xahiş edirəm ya tərcüməçini, ya da məsləhətçini dəyişin”.
Almaniya səfiri Piter Fişer “xarici agentlər” haqqında rus qanununun qəbulunun Gürcüstanın Avropaya inteqrasiya yolunda geri addım olduğunu hesab edir. Onun bildirdiyi kimi, bu qanunla Gürcüstan nə Avropa İttifaqına üzv olacaq, nə də üzvlük danışıqları açılacaq.