Dövlət Dumasının sədri İrakli Kobaxidzeyə qarşı “təhdid və şantaj”ın araşdırılmasını tələb edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya prezidentindən sonra Dövlət Dumasının sədri də Gürcüstanın baş nazirinin Avropa komissarlarından birinin onu “hədələməsi” barədə bəyanatına münasibət bildirib. Vyaçeslav Volodinin fikrincə, hər bir belə faktı araşdırmaq və təqsirləndirilən şəxsləri məsuliyyətə cəlb etmək lazımdır.

“Avropa siyasəti ABŞ-ın rəhbərlik etdiyi Qərb elitalarının neokolonial maraqları ilə üst-üstə düşməyən müstəqil nöqteyi-nəzəri müdafiə edənlərə qarşı zorakılıq kultu ilə əhatə olunmuş nifrət mühiti ilə zəhərlənib”, - Volodin yazır və qeyd edir ki, Avropada Vaşinqtona və Brüsselə kor-koranə itaət etməyə hazır olmayan hər kəs sıxışdırılır.

“Gürcüstanın baş nazirinin dediyi kimi, onunla söhbətdə Avropa komissarlarından biri onu qərb siyasətçilərinin xarici agentlər haqqında qanuna vetonu aşması halında görə biləcəyi bir sıra tədbirlərlə qorxudub, misal olaraq isə Slovakiya baş nazirinin qətl edilməsi cəhdini gətirib: “Baxın Fitsonun başına nə gəldi, siz də diqqətli olmalısınız”.

Təhdidlər, şantaj və zorakılıq Vaşinqton və Brüsselin siyasətinin əsasını təşkil edib. Siz buna diqqətsiz qalıb, özünüzü yalnız qınama və bəyanatlarla məhdudlaşdırmamalısınız. Hər bir fakt araşdırılmalı, təqsirli şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”, - Rusiya Dumasının sədri bildirib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa komissarı ilə “xarici agentlər” haqqında rus qanunu ilə bağlı telefon danışdığından sonra bildirib ki, Slovakiyanın baş naziri Robert Fitso ilə eyni aqibəti paylaşmaqda hədələnib. Kobaxidzenin sözlərinə görə, Fitsonun adı “şəffaflıq haqqında qanunla bağlı şantaj kontekstində” hallandırılıb. Bundan sonra Aİ-nin Genişlənməsi üzrə Avropa komissarı Oliver Varhey bəyanat yayıb və izah edib ki, İrakli Kobaxidze onun sözlərini kontekstdən kənar yayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur