Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O'Brayen mayın 14-də Tbilisiyə gələcək. Onun səfəri Gürcüstan parlamentində rus qanununun üçüncü, yekun oxunuşu ilə üst-üstə düşür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dövlət Departamentinin məlumatına görə, O'Brayen Gürcüstanda hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri ilə görüşərək ABŞ-ın gürcü xalqına və Gürcüstanın dinc, firavan və təhlükəsiz Avro-Atlantik gələcək arzusuna güclü sadiqliyini ifadə edəcək.
O'Brayen mayın 11-də “X” sosial şəbəkəsində i Gürcüstanda baş verənlərə münasibət bildirib və qeyd edib ki, ABŞ “Kremldən ilham alan xarici təsir qanununa” qarşı çıxan insanlara qarşı edilən zorakılıqdan dərin narahatdır.
“Biz bunu qınayırıq. Avropa İttifaqına və transatlantik təşkilatlara doğru irəliləmək niyyətində olan ölkə tam, müstəqil və vaxtında istintaq aparardı”, - dövlət katibinin köməkçisi yazıb.
Bundan əvvəl O'Brayen demişdi ki, “Kremldən ilham alan” qanun Gürcüstanın Avropa istəklərinə mənfi təsir göstərəcək.
Mayın 13-də parlamentində “Gürcü Arzusu”nun rus qanununun üçüncü oxunuşunun keçirilməsi planlaşdırılır. Hakim partiya qanunu mayın 14-də keçiriləcək plenar iclasda qəbul etmək niyyətindədir.
Baş nazirin dediyi kimi, mayın 14-dən 28-dək olan müddətdə veto proseduru çərçivəsində qanunla bağlı mövqelərin uzlaşdırılması mümkündür. Jurnalistin “Gürcü Arzusu” qanun layihəsində dəyişiklik etməyə hazırdırmı sualına Kobaxidze belə cavab verib: “Əlbəttə. Yoxsa, müzakirənin mənası nədir. Biz hüquqi göstərişlər alacağıq və bunu razılaşdırılmasından gedir söhbət”.
29 konqresmen Kobaxidzeni “mənfur qanunu” geri götürməyə çağırır. Amerikalı qanunvericilər Gürcüstan hökumətinin başçısına göndərdikləri məktubda qeyd edirlər ki, əks halda onlar senatorların təşəbüsünə qoşulacaqlar ki, bu da, ABŞ-ın Gürcüstanla bağlı siyasətində əsaslı dəyişikliklərə getməsini, o cümlədən maliyyə yardımına yenidən baxmasını, Gürcüstanın demokratik inkişafına xələl gəlməsində məsuliyyət daşıyanlara qarşı viza qadağalarının genişləndirilməsini və maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutur”.
3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyası bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media heç bir halda “ləyaqət alçaldıcı reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb.