“Gürcü arzusu”nun sədri İrakli Kobaxidze Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı bildirib ki, dünənki məhkəmə prosesində “mədə əməliyyatı reklamı” görüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bizə 600 gün işgəncə verdilər, biz buna öyrəşmişik, amma Saakaşvili mövzusu ətrafında cəmiyyət 600 gün işgəncəyə məruz qaldı. Saakaşvili 600 gün guya hər gün ölürdü və sonda Strasburq məhkəməsi qərar qəbul etdi və Saakaşvili də qərar verdi ki, o, artıq hər gün ölməməlidir. Avropa Parlamentinin deputatları bizi 600 gün ərzində bu şəraitdə yaşamağa vadar etdilər”, - Kobaxidze bu gün keçirilən mətbuat konfransında bildirib.
“Dünən Mixeil Saakaşvilini görəndə onun çox yaxşı olduğunu və bunların hamısının yalan olduğunumu başa düşdünüz? Sizdə belə təəssürat yarandımı?”, - deyə jurnalist hakim partiya sədrinə sual verib və onun cavabı bu cür olub:
“Bilmirəm, dünən gördüyüm bu şey rezeksiya reklamıdır. Birincisi - bu, rezeksiya, mədə əməliyyatı reklamıdır, ikincisi - bu qədər uzun müddətdir deyirik ki, öz ailə üzvləri bilərəkdən ona az kalorili yeməklər verirlər. Bu normaldır? Bu, sağlam hadisə deyil”.
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvili iştirak edib.
Eyni adlı 7 noyabr işi üzrə o, Tbilisi Şəhər Məhkəməsində davam edən iclasda “Vivamed” klinikasından, uzaqdan iştirak edib. Videogörüntülərdən onun səhhətinin ağır olduğu görünür.
Məhkəmə zamanı Saakaşvili, bir neçə gün əvvəl, hökumətin il yarım ərzində ölkə daxilində və xaricdə Mixeil Saakaşvili haqqında “saxta” və “yanlış məlumat” yayan hər kəsdən üzr istəmək tələb etdiyini bəyan edən parlament sədri Şalva Papuaşviliyə müraciət edib.
“Səndemə, Avropa, Avropa Parlamenti mənim azadlığımı tələb etdiyinə görə üzr istəməlidir. Mən, sözdə parlament sədrinə demək istəyirəm, məni bu vəziyyətə gətirdiyiniz üçün siz üzr istəməlisiz. Siz Avropa Parlamentinin deputatlarından, məndən, mənim ailəmdən, Ukrayna dövlətindən, onun vətəndaşının bu vəziyyətdə olmasına görə, bütün gürcülərdən, Gürcüstan dövlətinin qurucusunun bu vəziyyətə salınmasına görə üzr istəməlisiz”, - Saakaşvili bildirib və vəziyyətini göstərmək üçün köynəyi yuxarı qaldırıb.
Sabiq prezident qeyd edib ki, fiziki cəhətdən zəif ola bilər, lakin daxilən çox güclüdür.
Günün sonunda Mixeil Saakaşvili məsələsini şərh edən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Mixeil Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürdüyünü deyib.
“Bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixeil Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya təhvil verməyə çağırıram. Bu gün mən Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, kəskin etirazını bildirməyi və ondan Tbilisidə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməsini xahiş etməyi tapşırdım”, - deyə Zelenski bildirib.
Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın sözlərinə görə, Saakaşvilinin məhkəmə iclasından görüntüləri yayıldıqdan sonra “hər şey qaynar nöqtəyə çatıb” və Kiyev “kəskin, lakin ədalətli addım” atıb.
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze hesab edir ki, Ukrayna hakimiyyətinin Gürcüstan səfiri ilə bağlı qərarı və Mixeil Saakaşvilinin geri qaytarılması tələbi təhqiramizdir.
Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarə seçkilərindən bir gün əvvəl həbs edilib. O, parlament üzvü Valeri Qelaşvilinin döyülməsində və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçmək, “İmedi” televiziya şirkətinə basqın etmək, noyabrın 7-də keçirilən etiraz aksiyası, Patarkatsişvilinin əmlakına qanunsuz sahiblik etmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır, siyasi təqiblərə məruz qaldığını və Putinin məhbusu olduğunu deyir.