Elene Xoştariya Telavi polisi tərəfindən saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Droa” partiyasının lideri Elene Xoştariya Telavi polis idarəsində saxlanılıb. Xoştariya vəkilin Kvarelidə davam edən etiraz aksiyası zamanı saxlanılanların yanına buraxılmasını tələb edib.

Müxalifətçi siyasətçinin hansı maddə ilə həbs olunduğu naməlumdur. Daxili İşlər Nazirliyindən “Gürcüstan Xəbərləri”nə bildiriblər ki, məlumatı dəqiqləşdirəcəklər.

“İki saatdan çoxdur ki, Telavi şöbəsinə aparılan saxlanılanların yanına daxil olmaq üçün gözləyirəm. Vəkil arayışını təqdim etməyimə baxmayaraq, məni içəri buraxmadılar, sonra bölgə rəis müavini bizi ümumiyyətlə binadan qovdu və qışqıraraq qapını bağladı. Elene Xoştariyanın yalnız bir xahişi var idi ki,  vəkil içəriyə buraxılsın, lakin məlum oldu ki, o da saxlanılıb, polis idarəsi hələ də bağlıdır və mənə qorumam altında olan şəxslərlə görüşmək imkanı verilməyib”, - Kaxeti Regional Polis İdarəsinin binası yaxınlığında Xoştariya ilə görüş üçün özləyən vəkil deyir.

Hüquq müdafiəçisinin Kvarelidə saxlanılanlardan neçəsinin Telaviyə aparıldığı barədə məlumatı yoxdur: “Bu, həm də qanun pozuntusudur ki, onların harada olduğunu bilmirik və biz onları Kaxeti bölgəsindəki təcridxanalarda axtarırıq”.

Kaxetidə, “Kvareli Gölü” mehmanxana-kompleksin girişində polis əməkdaşları inzibati qaydada azı 16 nəfəri saxlayıb. Aksiya iştirakçıları Rusiyanın xarici işlər naziri Sergey Lavrovun kürəkəni ilə Putinə yaxınlığı ilə bilinən biznesmen Aleksandr Vinokurovun qardaşının Gürcüstanda toy keçirməsinə etiraz ediblər. Aktivist Qiorqi Mumladzenin sözlərinə görə, həbs olunanlar arasında Nika Narsia, Laşa Xuskivadze, Dimitri Çikovani, Tite Qedenidze və Şuşana Matsaberidze də var. Onlar polisə tabe olmamaqda ittiham olunurlar.

 “Kvareli Gölünə” polis “Milli Hərəkat” partiyasının keçmiş sədri Nika Melianın, təxminən səhər saat 5 radələrində mehmanxana-kompleksin ərazisinə girməyi və administrasiya nümayəndələri ilə danışığ ağarmağı bacara bilməsindən sonra çağırılıb. Polis əməkdaşları onu yaxalayaraq kompleksin ərazisini tərk etməyi xahiş ediblər. Mübahisə zamanı yüksək rütbəli polis zabiti Qiorqi Klimiaşvili Melianı siyasi meyit adlandırıb. Dünən gecə Melianın yanında olan Tbilisi Şəhər Şurasının üzvü, İrakli Edzveradze də saxlanılanlar arasındadır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur