“Vətəndaşlar” partiyası gender kvotasının ləğvini dəstəkləməyəcək. Bu barədə partiyanın lideri Aleksandre Elisaşvili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Müxalifətçi həmkarlarımız olan “Qirçililər”ə olan hörmətimizə baxmayaraq, partiyamız kvotanın ləğvini bu vəziyyətdə qeyri-ciddi hesab etdiy üçün dəstəkləməyəcək. Düzünü desəm, mənim bir az qəribə mövqeyim var - bu mənim şəxsi mövqeyimdir - mən nə kvotanın, nə də ləğvin tərəfdarıyam. Mən siyasətdə qadınların daha çox olmasının tərəfdarıyam. Kvota bunu təşviq etmək üçün bir yoldursa və olubsa, niyə də olmasın.
Əvvəlki çağırış parlament kvota ilə bağlı qərar verdi və burada əməlli səs-küy var idi, avropalılara özümüzü göstərirdik - görün nə əla bir şey qəbul etdik və bir dənə də olsun kvotalı parlamentimiz yox idi ki, yenidən ləğv etmək istəyirik. Gəlin bu, pozitiv ayrı-seçkilik dediyiniz şeyin, şəhər şuralarının, parlamentin səviyyəsinə necə təsir etdiyinə nəzər salaq. Baxaq, ölçüb-biçək, statistik rəqəmlərə baxaq, nəticəni görək və əgər bu işə yarayırsa, qadınlar aktivləşirsə - və bunun işə yaradığı açıq-aydın görünürsə - o zaman saxlayaq. Niyə tələsirik və niyə ölçüb-biçmədən onu ləğv etmək istəyirik”, - Aleksandre Elisaşvili bildirib.
Elisaşvili qeyd edib ki, “səssiz” deputatlar arasında ancaq kişi deputatlara rast gəlinir. Məsələn, 2022-ci ildə parlamentin 18 üzvü, 10-u çoxluq, 8-i müxalifət, ümumiyyətlə, plenar iclaslarda çıxış etmək hüququndan istifadə etməyib.
“Bu, həm də bizə onu göstərir ki, qadınlar parlamentdə fəaldırlar – onlar iqtidarda da, müxalifətdə də fəaldırlar. Ona görə də kvotanın ləğvi daha qəribə görünür. Məncə, kvotanın ləğvi yox, parlamentin deputatlarının sayının azaldılması ən adekvat olardı. Bu ölkəyə 150 deputat lazım deyil. Qanunverici orqanın işləməsi və xalqın parlamentdə kimin nə işlə məşğul olduğunu görməsi üçün 100 deputat tamamilə kifayət edərdi”, - Elisaşvili bildirib.
“Gürcü Arzusu” “Qirçi” partiyasının seçki məcəlləsinə dəyişikliyi və partiyanın seçki siyahısının tərtibində gender kvotalarının ləğvini nəzərdə tutan qanun layihəsini dəstəkləyir. Parlament qanun layihəsinə sürətləndirilmiş qaydada baxılması barədə qərar qəbul edib.
2020-ci ildə hakim partiyanın dəstəyi ilə seçki məcəlləsinə dəyişiklik edilib ki, obu maddəyə əsasən, partiyalar 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri və 2028-ci ilə qədər keçiriləcək növbəti parlament seçkiləri üçün partiya siyahısını elə tərtib etməlidirlər ki, hər dörd siyahının birində ən azı bir qadın olmalıdır. “Gürcü arzusu”nun təşəbbüsü ilə 2023-cü ilin fevralında gender kvotası qaydası 2032-ci ilə qədər uzadılıb. Gender kvotaları bələdiyyə şuralarına da şamil edilir. O cümlədən, 2032-ci ilə qədər bələdiyyə orqanlarına keçiriləcək ümumi seçkilərdə partiya siyahısında olan üç namizəddən ən azı biri qadın olmalıdır.