Ermənistan Gürcüstan üzərindən Rusiyaya yük daşınmasını dayandırıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bir neçə ay ərzində Ermənistandan Rusiyaya yüklərin daşınması üçün Gürcüstan ərazisindən keçən bərə xidmətindən istifadə edilirdi. Bu marşrut “Zemo Lars”a alternativ hesab olunurdu, lakin Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın sözlərinə görə, o, “kifayət qədər maraq” oyatmayıb və dayandırılıb.

“Biz ixrac edən və idxal edən şirkətlərin bərədən elə istifadə etdiyini görmədik ki, bizi və tərəfdaşlarımızı bu proqramı davam etdirməyə inandırmaq mümkün olsun. Bir müddət bərə marşrutu ilə xidmət göstərdik, lakin hadisələrin inkişafı göstərdi ki, biz əsas səylərimizi digər ölkələrə ixracın artırılmasına yönəltməliyik”, - deyə Kerobyan bildirib.

Ermənistan ixracı şaxələndirmək üçün müxtəlif addımlar atmağa hazırlaşır. İqtisadiyyat nazirinin sözlərinə görə, əsas istiqamət Yaxın Şərq olacaq və Fars körfəzi, Asiya, Avropa və Amerika ölkələri də önəmlidir.

“Biz səylərimizi yalnız bir istiqamətdə cəmləməkdən, daha dərin şaxələndirməyə keçəcəyik”, - nazir qeyd edib.

2023-cü ildə Ermənistanın ümumi yük dövriyyəsindəki payı bir qədər azalsa da, Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olaraq qal;rdı. Vahan Kerobyanın sözlərinə görə, Rusiyadan sonra Birləşmiş Ərəb Əmirlikləri, Çin, Gürcüstan və ABŞ gəlir. Bu sonuncular Ermənistanın əsas ticarət tərəfdaşları siyahısına ilk dəfə 2023-cü ildə daxil olub.

Ermənistan ötən ilin mayında Batumi-Novorossiysk-Batumi marşrutu ilə Rusiyaya yük daşımağa başlayıb. Gündəlik bir uçuş həyata keçirilib. Özəl şirkətlərin nümayəndələri iddia edirdilər ki, bu yolla ixracatçı-idxalçılar məhsulu Rusiyaya vaxtında çatdıra biləcəklər. Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi izah edib ki, dənizə çıxışı olmayan Ermənistan ənənəvi olaraq Gürcüstan limanlarından istifadə edir və beynəlxalq ticarət aparır. Agentliyin məlumatına görə, bərə xidməti tamamilə kommersiya xarakteri daşıyırdı.

Hazırda “Zemo Lars” Ermənistan və Rusiyanı birləşdirən yeganə quru nöqtəsidir. Hava şəraiti pisləşdikdə və ya tranzit axınları artdıqda, keçid məntəqəsinin hər iki tərəfində tez-tez uzun yük maşınları növbələri yaranır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur