Ermənistan Aİ üzvlüyünə namizəd ölkə olmaq barədə düşünməlidir. Bu barədə Milli Assambleyanın sədri Alen Simonyan məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ermənistan namizəd ölkə olmaq üçün Avropa İttifaqı ilə münasibətləri gücləndirməyə hazırdırmı sualına Simonyan belə cavab verib:
“Biz hazırıq və təhlükəsizliyimizi ən çox təmin edəcək istiqamətə gedəcəyik. Bu gün demokratiya bizim ən böyük təhlükəsizlik sistemimizdir. Bizim hərəkətlərimiz göstərir ki, biz artıq Avropa İttifaqının üzvü olan bir çox tərəfdaş ölkələrimizdən daha yaxşı demokratik göstəricilərə malikik. Bunu biz demirik, avropalı tərəfdaşlarımız deyir. Düşünürəm ki, biz bu istiqamətdə [namizəd statusu ilə bağlı - red.] düşünməliyik. Amma tələsmək istəmirəm. Dövlət məsələsində isə kəskin addımlar atmaq yaxşı deyil”.
Alen Simonyanın sözlərinə görə, Ermənistanın xarici siyasətinin vektorunun dəyişdirilməsi məsələsi müzakirə olunmayıb.
“Biz ölkəmizə qarşı təhdidləri azaltmaq üçün nə etməli olduğumuzu düşünürük.
Parlament sədrinin dediyi kimi, Ermənistanın da bir hissəsi olduğu təhlükəsizlik sistemi işləmir və hakimiyyət ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.
Avropa İttifaqı Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq variantlarını nəzərdən keçirir. “Ermənistan bu məsələdə ciddi maraq göstərib və biz onun rəhbərliyini müvafiq islahatlar üzərində işi aktivləşdirməyə çağırırıq”, - Aİ-nin Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel fevralın 27-də bildirib.
Borelin fikrincə, Ermənistanın keçmişdə qəbul etdiyi və siyasi, iqtisadi və təhlükəsizlik baxımından asılılığına səbəb olan qərarları bir gecədə aradan qaldırmaq mümkün deyil. “Lakin hər iki tərəfin aydın siyasi iradəsi bizə tərəfdaşlığımızı dərinləşdirmək və genişləndirmək istiqamətində irəliləməyə imkan verəcək”, - Borel bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini təkcə Gürcüstan üçün deyil, bütün region üçün tarixi hadisə adlandırıb. Paşinyanın sözlərinə görə, əgər əvvəllər “Aİ hara, bizim regionumuz hara” demək mümkün idisə, indi Aİ əslində bizim regionumuzdur.