“İndi Avropa İttifaqı əslində bizim regionumuzdur”, - bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 7-də parlamentdə çıxışı zamanı deyib. Paşinyanın sözlərinə görə, Gürcüstanın Aİ üzvlüyünə namizəd ölkə statusunu əldə etməsi bütün regiona təsir edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İndiki dünya, ümumiyyətlə, qlobal dünya 5-6 il əvvəl olduğu kimi deyil. Faktiki olaraq, bizim hər hansı bir qurumla münasibətimiz əvvəlki kimi deyil, bu münasibətlərin xarakteri də dəyişib.
Regionumuzda bir çox mühüm hallar dəyişib və onlardan biri də Gürcüstanın Aİ-yə üzvlüyə namizəd statusu almasıdır ki, bu da bizim regiona obyektiv təsir göstərir. Belə çıxır ki, iki qonşu ölkəmiz Aİ üzvlüyünə namizəd statusuna malikdir və əgər əvvəllər Aİ hara, regionumuz hara demək mümkün idisə, indi Aİ əslində, məhz bizim regionumuzdur və biz bu faktla razılaşmalıyıq. Bu baxımdan mən Gürcüstanla strateji dialoqun başlanmasına böyük əhəmiyyət verirəm”, - deyə Nikol Paşinyan bildirib.
Bir neçə həftə əvvəl Nikol Paşinyanın Tbilisiyə səfəri zamanı Gürcüstanla Ermənistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Paşinyan Gürcüstanın keçmiş baş naziri İrakli Ğaribaşvili ilə birgə keçirdiyi brifinqdə deyib ki, Aİ-yə namizəd statusunun alınması bütün region üçün olduğu kimi, Gürcüstan üçün də tarixi hadisədir.
Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusunu 2023-cü ilin dekabrında ölkənin 9 istiqamətdə addım atacağı qeyd-şərtilə alıb.
Avropa İttifaqı Gürcüstandan dezinformasiyaya, xarici informasiya manipulyasiyasına və öz dəyərlərinə müdaxiləyə qarşı mübarizə aparmağı; Gürcüstanın xarici siyasətinin Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğunun təkmilləşdirilməsini; siyasi qütbləşməyə qarşı mübarizəni; xüsusilə 2024-cü ildə azad, ədalətli və rəqabətli seçki prosesinin təmin edilməsini; parlament nəzarətinin təkmilləşdirilməsini; məhkəmə islahatlarını; Korrupsiyaya Qarşı Mübarizə Bürosunun, Xüsusi İstintaq Xidmətinin və Fərdi Məlumatların Mühafizəsi Xidmətinin fəaliyyətinin səmərəliliyinin, müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsini; deoliqarxizasiya üzrə mövcud fəaliyyət planının təkmilləşdirilməsini; insan hüquqlarının müdafiəsi standartlarının təkmilləşdirilməsini tələb edir.
Şərtlərin yerinə yetirilməsi üzvlük danışıqlarının başlanması mərhələsinə keçmək üçün zəruridir.
Regionun digər dövləti - Türkiyə 1999-cu ilin sonundan Aİ-yə namizəd ölkədir. Aİ və Türkiyə üzvlük danışıqlarına 2005-ci ilin oktyabrında başlayıb, lakin Türkiyədə demokratiyanın, qanunun aliliyinin və fundamental hüquqların qorunmasının pisləşməsi səbəbindən proses 2018-ci ilin iyun ayından dalana dirənib.