Ermənistan Milli Televiziya və Radio Komissiyası Rusiyanın “Sputnik” (Sputnik Ermənistan) təbliğat mediasının proqramlarını yayımlayan “Tospa” radiostansiyasının yayım lisenziyasını bir ay müddətinə dayandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Radiostansiyaya qarşı inzibati icraat dekabrın 17-də, Tiqran Keosayanın müəllifliyini erdiyi “Tiqran Keosayanla cümə” verilişi efirə getdikdən sonra başlayıb. Keosayan Rusiyanın təbliğat televiziyası olan “RT”nin baş redaktoru Marqarita Simonyanın həyat yoldaşıdır.
Tərtib edilmiş protokola görə, Keosayan Ermənistanı və onun xalqını istehza və aşağılayıcı ifadələrlə ifadə edib, elə qiymətləndirmələr verib ki, buna onun siyasi şərhçi və xarici ölkənin aparıcısı kimi heç bir mənəvi haqqı yoxdur. Komissiyanın məlumatına görə, efirdə qanunla qadağan olunmuş hərəkətlərə çağırışlar da səsləndirilib.
“Sputnik”in məlumatına görə, Keosayan verilişdə baş nazir Nikol Paşinyana qarşı bir sıra sərt və tənqidi qiymətlər səsləndirib, onu xəyanətdə ittiham edib və həqiqətən də bu xəyanətdən sonra sağ qalacağını düşünüb-düşünmədiyini soruşub. “Sputnik”in yazdığına görə, komissiya məhz bu sözləri zorakılığa çağırış kimi qiymətləndirib.
İkinci inzibati icraatın materiallarına görə, “Abovyan Taym” verilişində elə fikirlər və mövqelər ifadə olunub ki, onlar nəinki reallığa uyğun gəlmir, hətta Ermənistan əhalisi arasında açıq-aşkar çaxnaşma yaradır. Həmçinin yayım zamanı yoxlanılmamış mənbələrdən etibarlı olmayan və ya kifayət qədər etibarlı olan məlumatların yayımlandığı müşahidə olunub. Bu hissədə komissiya radiostansiyanı təxminən 1200 dollar cərimələyib.
Radiostansiyanın hüquqşünası Saymon Faqradyan komissiyanın qərarı ilə razılaşmır, onun “Sputnik”ə verdiyi məlumata görə, belə davam edərsə, Ermənistanda senzura həddinə çatacaqlar.
“Deyilənə görə, Keosayan ölkənin və xalqının şərəf və ləyaqətini alçaldan ironik ifadələrə yol verib, lakin onun sözlərinin ünvanı konkret subyekt olub. Burada milli ləyaqətdən söhbət gedə bilməz və deyilənlərin onun üçün təhqiredici olub-olmaması subyektin ixtiyarındadır, o, Mülki Məcəllə çərçivəsində iddia qaldıra bilər. Yaxud, guya, Arman Abovyan öz verilişində yalan məlumat yayıb, amma burada da şəxsi fikrini bildirib”, – vəkil bildirib.
Ermənistanla Rusiya arasında münasibətlər son vaxtlar pisləşib. İrəvan Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Dağlıq Qarabağda fəaliyyətsizlikdə ittiham edib.
Cari ilin sentyabrında Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Harutunyan bildirib ki, Rusiya KİV-ləri Ermənistana qarşı “hibrid müharibə” aparırlar. O, həmçinin Rusiya telekanallarının “ən pis” təbliğatçıları sırasında əslən Ermənistandan olan Marqarita Simonyan və Tiqran Keosayanın adını çəkib.
Oktyabrda Ermənistan parlamenti Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Beynəlxalq Cinayət Məhkəməsinin və ya Haaqa Məhkəməsinin əsası olan “Roma Əsasnaməsini” ratifikasiya edib. Bu o deməkdir ki, Putin bu ölkənin ərazisinə daxil olarsa, Ermənistan onu həbs etmək öhdəliyi daşıyacaq.