İyunun 11-də İrəvanda keçirilən ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclasında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayeni qəbul edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Görüşdən sonra yayılan birgə bəyanatda deyilir ki, Ermənistan və ABŞ ikitərəfli münasibətlərin dərinləşdirilməsində cari irəliləyişi müzakirə edib və gələn ildə əlaqələrin dərinləşdirilməsi perspektivini formalaşdırıblar. Tərəflərin fikrincə, qeyd olunan baxış anlaşma memorandumunda formalaşdırılacaq və bu, ikitərəfli dialoqun statusunu strateji tərəfdaşlıq komissiyasına qaldıracaq.
Görüşdə Ermənistan və ABŞ Ermənistanda aparılan islahatların və demokratik tərəqqinin dəstəklənməsi sahəsində əməkdaşlığı müsbət qiymətləndirib, Ermənistanın Avroatlantik strukturlar və Qərblə daha sıx əməkdaşlığa can atdığını qeyd edib. Tərəflər həmçinin enerji təhlükəsizliyi, sanksiyalar, ixraca nəzarət və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
“Yekun görüşün iştirakçıları ABŞ-ın dəstəkləməkdə davam edəcəyi Ermənistanın müdafiə sektorunun transformasiyası və hüquq-mühafizə sisteminin inkişafı təşəbbüslərində ABŞ-ın dəstəyinin mühüm rolunu vurğulayıblar”, - deyə bəyanatda bildirilir.
Bundan əlavə, ABŞ Dağlıq Qarabağdan olan qaçqınlara dəstək üçün Ermənistana yardımı davam etdirmək niyyətindədir.
“Xarici işlər naziri Ararat Mirzoyan ilə strateji dialoq bizim Ermənistanla ikitərəfli tərəfdaşlığımıza vurğu edib. Bizim müzakirələrimiz demokratik inkişaf, iqtisadiyyatın şaxələndirilməsi, müdafiə sahəsində islahatlar və Avro-Atlantik əməkdaşlığa yönəlib”, - deyə Cim O’Brayen görüşdən sonra bildirib.
Ermənistanın Qərblə yaxınlaşması 2023-cü ildə baş nazir Nikol Paşinyanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Dağlıq Qarabağ müharibəsi zamanı fəaliyyətsizlikdə ittiham etməsindən sonra sürətlənib. 2023-cü ildə Ermənistan Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə qoşulub. 2024-cü ilin fevralında məlum olub ki, Ermənistan “KTMT”dəki iştirakını “dondurub” , may ayında isə onu maliyyələşdirilməsi dayandırılıb.