Ermənistan və Azərbaycan hərbi əsirlərin dəyişdirilməsini sentyabr ayı sonrası iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində ilk addım hesab edirlər. 32 əsgər Ermənistana, 2 əsgər isə Azərbaycana qayıdıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ermənistanın baş naziri Nikol Paşinyan əsirlərin dəyişdirilməsini çox mühüm hadisə adlandırıb.
“Mən dünənki hadisəni sıfır nöqtəsi hesab etmək istərdim, bundan sonra biz bacaracağıq, ən azı çalışacağıq ki, bundan sonrakı bütün xəbərlər sülh sazişinin imzalanması ehtimalının artmasına dəlalət etsin, əksinə yox”, - Paşinyan bu gün, dekabrın 14-də bildirib.
Azadlığa buraxılan erməni hərbi əsirlərin əksəriyyəti 2020-ci ilin dekabrında, Dağlıq Qarabağda 44 günlük müharibə başa çatdıqdan az sonra həbs edilib. Onların müqabilində Ermənistan 2023-cü ilin aprelindən əsirlikdə olan iki hərbçisini Azərbaycana təhvil verib.
Əsirlərin dəyişdirilməsindən bir həftə əvvəl Azərbaycan və Ermənistan birgə bəyanat yayıb. Tərəflər razılaşırlar ki, regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi fürsət var. Hər iki dövlət suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri tənzimləmək və sülh müqaviləsi bağlamaq niyyətində olduqlarını təsdiqləyir.
2023-cü ilin sentyabrında Azərbaycan Dağlıq Qarabağ ərazisi üzərində nəzarəti tam bərpa edib və suverenliyinin bərpa olunduğunu bəyan edib. Etnik ermənilər kütləvi şəkildə bölgəni tərk edərək Ermənistana köçüblər. Onlar buna səbəb kimi Azərbaycan hakimiyyəti tərəfindən təqib olunacaqları qorxusunu göstərirlər. Qarabağda ümumilikdə 120 min insan yaşayırdı.
Müstəqilliyi tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumları və təşkilatları”nın buraxılması və “Dağlıq Qarabağ Respublikası”nın (Artsax) mövcudluğunu dayandırması barədə sərəncam imzalayıb.
Ermənistanın istintaq komissiyasının rəyinə görə, 2023-cü il sentyabrın 19-20-də “Azərbaycanın hərbi təcavüzü nəticəsində” Dağlıq Qarabağda 200-dən çox hərbçi və mülki şəxs həlak olub. İndiyədək 12 vətəndaş və 30 əsgər itkin düşmüş hesab olunur. İstintaq Komitəsi 12-si hərbçi olmaqla azı 14 nəfərin işgəncələrə məruz qaldığını qeyd edir. Döyüş əməliyyatları nəticəsində 3 uşaq həlak olub, 231 əsgər və 80 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
İlham Əliyev “Azad edilmiş torpaqlara böyük qayıdış - Dövlət Proqramı”nı elan edib və bu proqram çərçivəsində 2026-cı ilə qədər 140 min azərbaycanlının Qarabağa qayıdacağı gözlənilir.