12 qeyri-hökumət təşkilatı hakimiyyəti hakimlərin dürüstlüyünün yoxlanılması sistemi olan “vetinq”in tətbiqi ilə bağlı fərqli fikirdə olan hakimləri nüfüzdan salmaq kampaniyasını dayandırmağa çağırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hökumət fərqli fikirdə olan hakimlərə qarşı nüfuzdan salan kampaniyas;na başlayıb. Baş nazir bəzən cari hadisələrlə bağlı müxtəlif mövqelərdən çıxış edən hakimlərdən birinin adını mənfi kontekstdə hallandırıb. Fərqli fikirdə olan hakimləri parlament üzvləri Beka Odişaria və Davit Matikaşvili də mənfi kontekstdə təqdim ediblər. Hakimiyyət təmsilçiləri bu hərəkəti ilə bir daha göstərib ki, məhkəmədə tənqidi, prinsipial fikirlər siyasi hakimiyyət üçün qəbuledilməzdir”, - deyə qeyri-hökumət təşkilatlarının bəyanatında bildirilir.
Baş nazir İrakli Kobaxidzenin məhkəmə sistemində fərqli fikirdə olan hakimə işlərin gecikdirilməsi səbəbi ilə hücumu bəyanatı imzalayan təşkilatlar üçün xüsusilə problemlidir. Kobaxidze dünən deyib ki, “Ali Məhkəmənin iki hakimindən ən azı birinin dürüstlük barədə problemi var, çünki o, işlərə vaxtında baxmır, tənbəllik edir”.
Qeyri-hökumət təşkilatları qeyd edirlər ki, işlərin həddindən artıq çox olması bütün məhkəmə sisteminin problemidir və onun həlli ilk növbədə məhkəmə orqanlarının üzərinə düşür.
“Problemi həll etmək əvəzinə işlərin həddən artıq axını və bunun nəticəsində işlərə baxılmanın gecikməsi hakimlərə təzyiq rıçaqı kimi istifadə olunur.
Hakimiyyəti fərqli fikirdə olan hakimləri nüfuzdan salmaq kampaniyasını dayandırmağa, Avropa İttifaqının şərtlərinə tam əməl etməyə çağırırıq ki, bu da təkcə Avropa İttifaqına daxil olmaq üçün ilkin şərt deyil, həm də müstəqil və qərəzsiz məhkəmənin yaradılması və ölkənin inkişafı üçün əsas ilkin şərtdir”, - deyən qeyri-hökumət təşkilatları bildirirlər.
Bəyanatı imzalayır:
- “Gürcüstan Məhkəməsinin Mühafizəsi”; Müstəqil hüquqşünaslar qrupu
- “Beynəlxalq Şəffaflıq - Gürcüstan”
- “Demokratiyanın Keşikçiləri”
- “Gürcüstanın Demokratik Təşəbbüsü”
- “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”
- “Sosial Ədalət Mərkəzi”
- “Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti”
- “Hüquqlar Gürcüstan”
- “Vətəndaş Cəmiyyəti Fondu”
- “İnformasiya Azadlığının İnkişafı İnstitutu”
- “Demokratiyanın Öyrənilməsi İnstitutu”
Gürcüstana namizəd statusu verdikdən sonra Avropa Komissiyası məhkəmə sistemində islahatları ilkin şərtlərdən biri kimi müəyyən edib, digər məsələlərlə yanaşı, namizədlərin və məhkəmə sistemində rəhbər vəzifələrə təyin edilmiş şəxslərin, məsələn, Ali Ədliyyə Şurası üzvləri, Ali Məhkəmənin hakimləri və məhkəmələrin sədrlərinin dürüstlüyünün yoxlanılması üçün fövqəladə sistemin yaradılmasının vacibliyini bildirib .
Namizədin dövlət sektorunda məsul vəzifə tutmazdan əvvəl onun vəzifə ilə müvafiqliyinin, o cümlədən dürüstlüyünün yoxlanılması mənasını verən “vetinq” (Vetting - İng.) Gürcüstanın hakim partiyasının liderləri üçün qətiyyən qəbuledilməzdir və onlar bunu müxalifətin və qeyri-hökumət təşkilatlarının təşəbbüsü kimi təqdim etməyə çalışırlar. Parlamentin sədri Şalva Papuaşvili hesab edir ki, bu mexanizm Gürcüstanın konstitusiyasına və suverenliyinə ziddir.
“Vetinq”in əleyhinə Ali Məhkəmə adından da bəyanat yayılıb. Orada bildirilir ki, hakimlərin dürüstlüyünün yoxlanılması üçün fövqəladə prosedur birmənalı olaraq, mahiyyətcə və prinsipcə məhkəmənin və ya ayrı-ayrılıqda hakimin müstəqilliyinə xələl gətirir. Tezliklə məlum olub ki Məhkəmə sistemində məsələyə yekdil münasibət yoxdur. Ali Məhkəmənin iki hakimi - Ekaterine Qasitaşvili və Nino Bakakuri vicdanlı yoxlamanın fövqəladə mexanizminin tətbiqi ilə bağlı Ali Məhkəmə Plenumunun bəyanatını dəstəkləməyib və bu barədə ictimaiyyətə məlumat verib. Birinci və ikinci instansiyanın digər hakimləri də analoji fikir bildiriblər. Onlar Gürcüstanın Avropa gələcəyinə maneə olmaq istəmədiklərini, buna görə də dürüstlük sınağından keçməyə hazır olduqlarını bildirirlər.