Gürcüstanın baş naziri İrakli Kobaxidze məhkəmə sistemində “vettinq sistemi”nin (yoxlama) tətbiqindən danışaraq, 2004-cü ildə Gürcüstanda analoji bir şeyin həyata keçirildiyini və bunun ardınca icraçı hakimiyyətin məhkəməyi tam tabeliyinə aldığını deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bir hüquqşünas kimi təsdiq edə bilərəm ki, “vettinq” təkcə formal olaraq ölkə konstitusiyasına zidd deyil, həm də, ilk növbədə, ümumi ictimai konstitusiya hüquq prinsiplərinə ziddir.
Şəxsən bir hüquqşünas kimi, mənim üçün “vettinq” qətiyyən yolverilməzdir. 2004-cü ildə Gürcüstanda “vettinq”ə bənzər bir şey həyata keçirildi və bütün bunların nələrə yol açdığı ictimaiyyətə aydındır: bu, icraçı hakimiyyətin, Saakaşvili-Adeişvili rejiminin məhkəməni tamamilə tabe etməsi idi. Ona görə də “vettinq” təkcə formal və hüquqi mülahizələrə əsaslanaraq deyil, həm də ilk növbədə praktiki mülahizələrə əsaslanaraq qəbuledilməzdir”, - deyə baş nazir bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, Moldovada “vettinq”i 2004-2007-ci illərdə Gürcüstanın baş prokuroru Zurab Adeişvilinin müavini olmuş Nona Tsotsoria həyata keçirir. “Bu “vettinq”in necə bitəcəyini hamınız təxmin edə bilərsiniz. Bu cür proseslər bizim üçün qəbuledilməzdir”, - Kobaxidze bildirib.
Gürcüstanın Ali Məhkəməsi də “vettinq”in tətbiqinin əleyhinədir. Onların yaydığ bəyanatda deyilir ki, “vettinq” birmənalı şəkildə, mahiyyətcə və əsaslı şəkildə məhkəmənin və ya ayrı-ayrılıqda hakimin müstəqilliyinə xələl gətirir, əhalinin ədliyyə sisteminə etimadını sarsıdır və hakimiyyətin məhkəmə sistemi üzərində siyasi nəzarətin həyata keçirilməsini asanlaşdırmaq üçün “dürüstlük” yoxlamalarının zəruriliyi barədə mənfi ictimai rəyi yaratmaq məqsədi daşıyır”.
“Aydındır ki, “vettinq” beynəlxalq standarta aid deyil, dövlətin suverenliyini kobud şəkildə pozur, dövlət hakimiyyətinin qollarından birinin - məhkəmələrin işə cəlb edilməsi mexanizmlərinin kənar subyektlərin əlinə verilməsini nəzərdə tutur.
Bütün yuxarıda deyilənlərə əsaslanaraq, Gürcüstanın Ali Məhkəməsi Gürcüstanın ümumi məhkəmələri sisteminin, ayrı-ayrılıqda hakimlərin və ya ayrı-ayrılıqda hakim qruplarının ləyaqətinə, müstəqilliyinə və institusional nüfuzuna zidd olan prosedura qəti şəkildə qarşı çıxır və bunun ictimaiyyət tərəfindən düzgün qəbul ediləcəyinə ümid edir”, - Gürcüstan Ali Məhkəməsi bildirir.
“Vettinq” (Vetting - İng..) dövlət sektorunda məsul vəzifə tutmazdan əvvəl namizədin münasibliyinin, o cümlədən dürüstlüyünün yoxlanılması deməkdir. Məsələn, Ukrayna Konstitusiya Məhkəməsinin hakimlərinin seçilməsi prosesində bu mexanizmdən istifadə edib. Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin rəhbəri Oleksandr Novikov izah edib ki, “vettinq” prosesi vicdanlı olmayan hakimlərin məhkəmə sisteminə daxil olmasının qarşısını almağa kömək edən zəruri filtrdir.
Məhkəmə-hüquq islahatının həyata keçirilməsi və başa çatdırılması, o cümlədən Ali Ədliyyə Şurası və Prokurorluğun hərtərəfli islahatı Avropa İttifaqının Gürcüstan üçün müəyyən etdiyi 9 tövsiyə arasındadır. Məhkəmə islahatları prosesində dürüstlüyün yoxlanılması sisteminin tətbiqinin zəruriliyi Aİ-nin genişlənməsi ilə bağlı hesabatda da vurğulanır: “Gürcüstan məhkəmə sistemində daha geniş islahat aparmalıdır, xüsusən də Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq Ali Ədliyyə Şurası barədə islahatı həyata keçirməlidir. Namizədlər və hazırda məhkəmə sistemində bütün rəhbər vəzifələrə, yəni Ali Ədliyyə Şurasına, Ali Məhkəməyə və ya məhkəmə sədrləri vəzifələrinə təyin olunmuş şəxslər üçün prosesdə mühüm rol oynayan beynəlxalq mütəxəssislərin cəlb olunması ilə dürüstlük yoxlamaları sistemi yaradılmalıdır”.
Fevralın 24-də Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, hökumət ilə “vettinq”in əslində nə demək olduğu müzakirələri gedir.